Saat:19:34
Haqqımızda

Qarabağın bərpasına bir qəpik qıymayan Adil Vəliyev Dubaya milyonlar axıdır

2024-09-24 12:02:52

Qarabağın bərpasına bir qəpik qıymayan Adil Vəliyev Dubaya milyonlar axıdır

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin rüşvət və korrupsiya əməlləri, qeyri-qanuni şəkildə əldə etdiyi külli miqdarda vəsaitlər ölkə mediasında daim müzakirə olunan məsələlərdən biridir.

Maraqlıdır ki, Qarabağın bərpasına üçün milyardlıq sərvətindən bir qəpik də olsun vəsait ayırmayan icra başçısı, son 2-3 ildə Birləşmiş Ərəb Əmirliyinə milyonlarla dollar məbləğində vəsait göndərib. Həmin pulla Əmirliyin Dubay şəhərində özünə bahalı mülklər alan icra başçısı, burada biznes şəbəkəsi də qurub. Bura ətir dükanları, bərbərxanalar, orta ölçülü ictimai iaşə müəssisələri və s. daxildir.

Qarabağın dirçəlişində rol almayan, dövlət başçısınımn bununla bağlı çağırışlarını əməli şəkildə dəstəkləmək üçün heç bir təşəbbüs göstərməyən Adil Vəliyevin Birləşmiş Ərəb Əmirliyinə dəyəri milyonlarla hesablanan sərmayə qoyması, icra başçısının milli təfəkkürdən nə qədər uzaq olduğunu göstərir. Bu, həm də Adil Vəliyevin çirkli pulları ölkədən çıxarmaqla qanunsuz yolla əldə etdiyi milyonları qorumaq cəhdindən xəbər verir. Təsadüfi deyil ki, icra başçsı yaxın çevrəsində bu nəhəng biznesi “doğmalarına gün ağlamaq” məqsədilə etdiyini, bununla da  “onların gələcəyini düşündüyünü” bildrib.

Onu da qeyd edək ki, Adil Vəliyev həm də ölkəmizdə bahalı avtomobil salonlarının sahibi kimi tanınır. O, ölkə daxilindən də böyük biznesə malikdir ki, bu barədə Azərbaycan mediasında yüzlərlə maqələ, inkaredilməz fotofaktlar yer alıb.

Nazim ƏLİYEV

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.205311