"Qarabağı verən Myasnikyana İrəvanın mərkəzində heykəl qoyduq, Nikola da qoyacaqlar" - Husik Ara

“Myasnikyan Qarabağı təslim etdi, heykəlini İrəvanın mərkəzində qoyduq, Nikolun da heykəlini qoyacaqlar”.
Hurriyyet.Az xəbər verir ki, bunu erməni şairşair Husik Ara dəvət olunmuş “Erməni dünyası və biganələr cəmiyyəti” mövzusunda keçirilən müzakirədə çıxışı zamanı deyib.
“Birinin ölkəsi dağıdılanda hər şey məhv olur. Və biz bu gün tarixən bu dəhşətli faktla qarşılaşırıq. Burada həm xalq, həm də hökumət günahkardır. Unutmayaq ki, istənilən hakimiyyət xalqdan doğulur.
Çətin vəziyyət yaranıb. İndi ziyalı, istər yazıçı, istər rəssam, istər musiqiçi, istərsə də alim olmasından asılı olmayaraq, hər kəs qaynar nöqtələrdə müvəqqəti iş masasını tərk etməlidir. Cəmiyyət, sıravi vətəndaşla birlikdə çalışmalıdır. Ölkənin məhv olmasına imkan verməyin.
Xalq Aleksandr Myasnikyana demədi ki, niyə Qarabağı verdin. O, bütöv 24.000 kilometri sakitcə təhvil verdi. Bu gün biz onun heykəlini İrəvanın mərkəzində ucaltdıq, ona səcdə edirik.
Amma görün biz nə qədər ərazi verdik. Bu cəmiyyət sabah da Nikolun heykəlini qoyub ona sitayiş edəcək. Bəli, beş ildə cəmiyyəti bu ağır vəziyyətə gətirdilər, amma onun üsyan etməyə cəsarəti çatmadı?”, – deyə Husik Ara bildirib. \\KONKRET.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya