“Qarabağdan qaçmamışam ki...” – Qondarma rejimin “Təhlükəsizlik Şurasının katibi”

2022-09-05 13:34:00

“Qarabağdan qaçmamışam ki...” – Qondarma rejimin “Təhlükəsizlik Şurasının katibi”

2020-ci ildə özünü “DQR Təhlükəsizlik Şurasının katibi” kimi təqdim edən Qarabağdakı erməni işğalçı kontingentinin keçmiş komandiri, “Syamo” ləqəbli Samvel Babayan bəyanat yayaraq, fərariliklə bağlı ittihamları “yumağa çalışıb”.

Hurriyyet.az xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yerləşdirilib.

Xatırladaq ki, Babayan 44 günlük müharibənin sonunda Qarabağda növbəti müqavimətin mənasız olduğunu anlayaraq noyabrın 6-da İrəvana qaçıb və noyabrın 10-dək orada qalıb. 

Bəyanatda Babayan qeyd edir ki, o, noyabrın 6-da Qarabağdan qaçmayıb, Arayik Arutyunyanın tapşırığı ilə İrəvana gedib.

Komandir  həmin “sərəncamın” təfərrüatlarını açıqlamır. Onun fikrincə, bu, dövlət sirri təşkil edir.

Xatırladaq ki, “Təhlükəsizlik Şurasının katibi”nin İrəvana tələsik qaçmasından sonra Qarabağdakı işğalçı rejimin demək olar ki, bütün “rəsmiləri” ondan nümunə götürərək “aradan çıxıblar”.

Bizim.Media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059054