Saat:08:13
Haqqımızda

"Qarabağdan olan vətəndaşlarımız prosesə cəlb olunmalıdır" - ŞƏRH

2021-11-23 17:58:00

“Vətəndaşlar Qarabağda öz evlərinin tikintisində iştirak etməlidir”.

Bu fikri Qarabağa qayıdışın ləngiməsinə münasibət bildirən “Borçalı” İctimai Cəmiyyət rəhbəri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Zəlimxan Məmmədli bildirib ki, Qarabağa qayıdışda təkcə dövlətin gücündən yox, elə 1 milyon qaçqının potensialından da istifadə etmək lazımdır:

“Bir milyon qaçqının olmasından hər zaman əsas riçak kimi istifadə edirdik. Bir milyon qaçqının resursu Qarabağın dirçəlməsində istifadə olunmalıdır. Bunu görmürəm. Vətəndaşın özü yurdunun qurulmasında iştirak etməlidir. Azərbaycanlı iş adamları vəsaitlər ayırmalıdır, hər birimiz, eləcə də Qarabağdan olan vətəndaşlarımız prosesə cəlb olunmalıdır. Ailə var, tərkibi genişdir. Bütün evləri standarta salıb, tikmək olmaz. Çox vacib məsələ budur ki, işğalçı tərəflə sülh sazişi imzalamaq lazımdır. Təhlükəsizlik təmin olunmalıdır. Bu fikri səsləndirəndə bəziləri deyir ki, insanları qorxudursan. Qətiyyən, erməni tərəfi Kəlbəcərə, Laçına hücum edə bilir, Şuşada terror törədə bilirlər. İki tərəfli sülh sazişi olmalıdır.

Bu gün vətəndaş Bakıdan və ya başqa yerlərdən Qarabağa baxmamalıdır. Vətəndaşın resursundan istifadə olunmalıdır. Vətəndaşlar öz evlərinin tikintisində işitirak etməlidir. Bu yurd, bu qəbiristanlıq mənimdir deyən adamların enerjisindən istifadə olunamlıdır”.

www.yenicag.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR