Qarabağdakı vəziyyət AÇIQLANDI – Erməni əhali və hərbi texnikalar əraziləri TƏRK EDİR

2022-07-28 16:55:00

Qarabağdakı vəziyyət AÇIQLANDI – Erməni əhali və hərbi texnikalar əraziləri TƏRK EDİR

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində siyasi, sosial və ictimai problemlər var.

Hurriyyet.az xəbər verir ki, Qarabağda qondarma “ədalət partiyasının həmsədri” Akop Akopyanın sözləri bunu deməyə əsas verir.

Akopyan bildirir ki, separatçı-terrorçu rejim çətin vəziyyətdədir:

“Onlar Ermənistan hakimimiyyətindən maddi baxımdan asılı olduqları üçün Paşinyanın bütün dediklərinə tabe olmağa məcburdurlar və proses “arsax”ın ləğvinə doğru gedir. Bunu görsələr də, heç nə edə bilmirlər”.

Qondarma siyasətçi Qarabağdakı erməni əhalisinin real vəziyyətini də izah edib.

Qeyd edib ki, ermənilərin gələcəklə bağlı qorxuları var.

“Qeyri-müəyyənlik davam edir, sabah necə olacağını heç kim bilmir və bu, əhalinin əhval-ruhiyyəsinə mənfi təsir göstərir”, – Akopyan bildirib.

Akopyan Qarabağda qalan erməni ordusunun qalıqlarının çıxarılması məsələsindən də danışıb. Bildirib ki, hərbi texnikanın gecə yarısı bölgədən çıxarılmasının şahidi olmasa da, məlumatlar və əbu-hava bu yöndədir. 

publika.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064531