Qarabağdakı sülhməramlılar arasında ermənilər də var-Laçın yolunda gərginlik və SENSASİYA

2022-12-12 13:48:00

Qarabağdakı sülhməramlılar arasında ermənilər də var-Laçın yolunda gərginlik və SENSASİYA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin tərkibində milliyyətcə erməni olanlar da xidmət edirlər.

Hurriyyet.az xəbər verir ki, bu iddialar bugünkü aksiyada öz təsdiqini tapıb.

Aksiya iştirakçıları əsgərlərdən biri ilə erməni dilində danışıb.

Həmin hərbi qulluqçu isə onlara ermənicə cavab verib.

Hadisə yerində olan "Yeni Müsavat"ın redaktoru Elşad Məmmədli bildirib ki, sülhməramlıların bu gün aksiyaya çıxan nümayəndələrinin arasında 3 erməni olub.

Azərbaycanlı fəallardan biri Ermənistanın baş naziri Nikol Paşinyana erməni dilində müraciət də edib və onu yalan danışmamağa çağırıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.208898