Saat:17:47
Haqqımızda

Qarabağdakı rus sülhməramlıları ATƏT-in polis dəstələri əvəz edə bilər - GƏLİŞMƏ

2021-11-30 16:28:00

Qarabağdakı rus sülhməramlıları ATƏT-in polis dəstələri əvəz edə bilər - GƏLİŞMƏ

“Ermənistanla münasibətlər nə qədər tez düzəlsə, sülhməramlılarla bağlı məsələ də həllini bir o qədər tez tapar və onlara ehtiyac qalmaz. Hələ müharibə zamanı Ermənistan deyirdi ki, bu məsələni Rusiya təkbaşına həll etsin. Amma ruslar bildirirdi ki, məsələ Minsk qrupu çərçivəsində həll edilməlidir”.

Hurriyyet.az xəbər verir ki, bunu Reyting.az-a siyasi analitik Mehman Əliyev deyib.

M. Əliyev ehtimal edir ki, gələn ildən Minsk qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddinin delimitasiya və demarkasiyası, habelə dəhlizin açılması ilə bağlı fəallıq nümayiş etdirəcək. Bu halda məsələ yenidən keçmiş Dağlıq Qarabağın statusu istiqamətinə gələ bilər.

Analitik əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Qarabağla bağlı hansı danışıqların olduğunu dəqiq bilmir: “Bu məsələdə gürcülər də vasitəçilik etməyə çalışdı. Bir neçə kanal işləyir. Amma son zamanlar görürük ki, artıq ermənilər status məsələsini qaldırmırlar, biz tərəfdən də sərt bəyanatlar yoxdur. Mümkündür ki, hansısa sövdələşmə var”.

M. Əliyevin fikrincə, artıq erməni tərəfi də rusların regionda qalmasını istəmir: “Ermənistandakı əhval-ruhiyyə bunu göstərir. Onar da Qərbə tərəf gedir, bizim də Qərblə böyük layihələrimiz var. Fikrimcə, bu məsələlər Minsk qrupu çərçivəsində öz həllini tapacaq. Minsk prosesinin son nəticəsi böyük sülh sazişindən keçir. Sonda böyük sülh sazişi imzalanmalıdır. Bu baş verdikdə bölgəyə ATƏT bayrağı altında hansısa polis dəstələri yerləşdirilə bilər. Bir zamanlar bu polis dəstələrinin Skandinaviya ölkələrində olmasına dair təkliflər səsləndirilirdi. Bu, müəyyən vaxt üçün ola bilər. Ehtimalıma görə, proses bu şəkildə gedəcək. Bunu ona görə deyirəm ki, rus sülhməramlıların prosesdə iştirakı taktiki xarakter daşıyır, uzunmüddətli deyil. Yəni sülh sazişinin imzalanmasına tərəflər nə qədər tez hazır olsalar, sülhməramlı məsələsi bir o qədər tez həll edilər”.

Müsahibimiz sonda xatırladıb ki, ATƏT-in qərarında “Sülh sazişi imzalandıqdan sonra bölgəyə sülhməramlılar yeridilir”, - yazılıb. “Rusların prosesdə iştirakı sadəcə operativ xarakter daşıyır - müharibəni dayandırmaq. Sülh sazişi imzalandıqdan sonra mümkündür ki, ATƏT-in rəhbərliyi ilə bölgəyə polis qüvvələri gətirilsin”,- deyə M. Əliyev fikrini yekunlaşdırıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR