Saat:09:06
Haqqımızda

Qarabağdakı ermənilərə amnistiya tətbiq oluna bilər?

2022-08-13 14:44:00

Qarabağdakı ermənilərə amnistiya tətbiq oluna bilər?

“Cəzaları yüngül olsa daha da azğınlaşa bilərlər”.

Bunu Yenisabah.az-a açıqlamasında hüquqşünas Əsabəli Mustafayev deyib.

O, Qarabağda yerləşən separatçılara qarşı amnistiya elan oluna bilərmi sualına öz fikirlərini bildirib. Hüquqşünas deyib ki, bunu hüquq-mühafizə orqanları təhlil etməlidir:

“Fikrimcə amnistiya elan etmək olmaz. Çünki onların içərisində müxtəlif kateqoriyalı insanlar var.

Ermənistan Azərbaycanla münasibətləri gərginləşdirmək üçün Qarabağda yerləşən separatçılar tərəfindən burada qanunsuz silah paylayır və təxribatlara əl atmaq üçün bir çox şəxsi buna məcbur edir.

Fikrimcə məcbur olunanlara qarşı amnistiya elan etmək olar, lakin onları məcbur edənlərə qarşı bunu etmək düzgün deyil”.

Hüquqşünas qeyd edib ki, separatçılara qarşı ən sərt cəzaları vermək lazımdır:

“Çünki heç bir cəza tətbiq olunmasa və ya cəzaları yüngülləşdirilsə onlar daha da azğınlaşa bilər. Dünyanın hansı yerindən asılı olmayaraq hər bir insan bilməlidir ki, onlara qarşı ən sərt cəzalar tətbiq olunacaq”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR