Qarabağdakı ermənilər mobil xidmətdən də məhrum oldu
2022-06-16 22:39:00
.jpg)
Ermənistanın ən böyük mobil xidmət operatoru "Viva-MTS" Qarabağdakı ermənilər üçün xidməti dayandırır.
Bu barədə hazırda Ermənistanda 2 milyon abonentə mobil operator xidmətini göstərən "Viva-MTS" şirkəti məlumat yayıb.
"İyulun 1-dən Qarabağda yaşayan ermənilər yalnız rouminq çərçivəsində mobil operatorun xidmətindən istifadə edə biləcəklər" - "Viva-MTS"in məlumatında qeyd olunur.
"Viva-MTS" rouminq xidmətinin tarifləri barədə əlavə olaraq məlumatın veriləcəyini də qeyd edib. \\Milli.Az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya