Qarabağdakı erməni yaraqlıları sülhməramlıların gözü qarşısında səngər qazırlar - VİDEO

2022-05-03 17:50:00

Qarabağdakı erməni yaraqlıları sülhməramlıların gözü qarşısında səngər qazırlar - VİDEO

Qış fasiləsindən sonra qeyri-qanuni erməni silahlı birləşmələri yenidən Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında mühəndislik işləri aparmağa başlayıb.


Hurriyyet.az caliber.az-a istinadən xəbər verir ki, bu haqda informasiyanı məlumatlı mənbə yayıb.

Bildirilir ki, mayın 3-də səhər saatlarında erməni silahlılarının Xocavənd rayonu istiqamətində səngər qazdıqları qeydə alınıb.

Üstəlik, bu, birbaşa Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Videodan da göründüyü kimi, sülhməramlılara məxsus BTR-82A yuxarıda qeyd olunan ərazidə yerləşsə də, ekipaj qeyri-qanuni qazıntı və tikinti işlərinə heç bir şəkildə müdaxilə etmir.

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya