Qarabağdakı erməni separatçıları Paşinyanı hədələdi
2023-05-16 18:06:00

Qarabağdakı erməni separatçıları Paşinyanı hədələyir. Belə ki, Qarabağdakı separatçı anklavın "parlamenti"nin deputatı Qalstyan Ermənistan Ali Şurasının 1992-ci ildə qəbul etdiyi qərara əsasən, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan istənilən sənədin ölkə üçün qəbuledilməz olduğunu bildirib.
O qeyd edib ki, bu hüquqi aktdan yan keçmək qərarı Ermənistan Konstitusiyasının pozulmasıdır: “Konstitusiyanı pozan və Artsax xalqının fikrini nəzərə almadan sənəd imzalamaq, onun üçün gedən adama son qoyacaq. Bundan sonra proses Paşinyanın anti-milli hərəkətlərdə ittiham olunmasına başlayacaq, o, qanun çərçivəsində cəzasını alacaq”.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya