"Qarabağdakı 120 min erməninin hamısının Ermənistan pasportu və vətəndaşlığı var" - Balasanyan

2022-12-24 22:40:00

Qəribədir ki, Ermənistan “120 min” vətəndaşının taleyi ilə bağlı heç bir mövqe bildirmir”.
Hurriyyet.Az xəbər verir ki, bunu erməni politoloq Qriqor Balasanyan “5-ci kanal”ın efirində yayımlanan verilişdə deyib.
“Qarabağda yaşayan ermənilər Ermənistan vətəndaşlarıdır, Ermənistan pasportlarına malikdirlər və onların himayədarı Ermənistandır. Qəribədir ki, Ermənistan 120 min vətəndaşının taleyi ilə bağlı heç bir mövqe bildirmir. Bu normal deyil.
Bu gün Laçın dəhlizində baş verənlər böyük aksiyanın yalnız bir hissəsidir. Bu gün Türkiyə Qarabağa daxil olmaq üçün bəhanə axtarır. Rəsmi olaraq, noyabrın 9-da bəyanatın imzalanmasından sonra Ağdam şəhərində yerləşən Rusiya-Türkiyə mərkəzi yaradılıb, baxmayaraq ki, biz burada birgə monitorinq görmədik.
Ermənistan hakimiyyəti belə bir problemin olduğunu bildirərək heç bir mövqe bildirmədiyi üçün indiki vəziyyətin necə həll olunacağı bizdən asılıdır.
Beynəlxalq tərəfdaşlara müraciət edirlər. Bəzi deputatlar daha da irəli gedərək deyirlər ki, Qarabağı çox sevənlər getsinlər Qarabağa. Orada yaşasınlar və bu məsələ ilə məşğul olsunlar. Bildirsinlər ki, bura rusların məsuliyyət sahəsidir və türklərin burada heç bir işi yoxdur”, – deyə Balasanyan çərənləyib.


P.S.Görürsünüz ki, qondarmasınız, həmişə yamaqsınız. Ermənistan pasportu və vətəndaşlığı altında nə gəzirsiniz Azərbaycanda? Köçün gedin Ermənistanınıza, siz də rahat yaşayın, bizim də baş-qulağımız dincəlsin. Sizdən bizə çətin qonşu olar. \\KONKRET.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.155157