Qarabağda tarix yazan Bayraktar TB2 PUA-sının qiyməti MƏLUM OLDU

2022-06-03 12:11:00

Qarabağda tarix yazan Bayraktar TB2 PUA-sının qiyməti MƏLUM OLDU

Türkiyə istehsalı Bayraktar TB2 PUA-larının qiyməti məlum olub.

PUA-nın qiyməti 5 milyon avro civarındadır. Belə ki, ötən gün Litva hökuməti Bayraktar TB2 almaq üçün Türkiyə ilə müqavilə imzaladıqlarını açıqlayıb. PUA-nın alınması üçün ödəniləcək məbləğin kampaniya ilə toplandığı bildirilib. Kampaniyanın təşkilatçıları 5 milyon avroya ehtiyac olduğunu açıqlamışdı. Türkiyə mənbələri yazır ki, bu standart qiymət deyil. PUA-nın qiyməti müqavilənin şərtlərinə görə dəyişə bilər.

Qeyd edək ki, “Baykar” şirkətinin texniki direktoru Litva xalqının topladığı puldan imtina edərək onlara jest edib. O, PUA-nın Litvaya pulsuz veriləcəyini açıqlayıb. Toplanan pul isə Ukraynada humanitar məqsədlər üçün istifadə ediləcək.

Metbuat.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya