Qarabağda separatçılar tərksilah edilir?

2022-11-16 09:53:00

Qarabağda separatçılar tərksilah edilir?

Qarabağdakı separatçıların tədricən tərksilah edilməsi prosesinə başlanılıb. 

Bu cür iddialar Ermənistan mətbuatında yayılıb.

Qeyd olunur ki, son olaraq sözügedən prosesin davamı kimi Xocavənddə yerləşən hərbi hospital bağlanıb, orada çalışanlara isə bununla bağlı heç bir açıqlama verilməyib.

Separatçıların qondarma deputatlarından biri olan Metakse Akopyanın sözlərinə görə, buna qədər “ordu”nun zabit heyətində ixtisarlar olub, bundan sonra daha aşağı ştatlarda da ixtisarlar həyata keçirilib: “Xankəndi hospitalında da vəziyyət eynidir. Bəzi proseslər gedir və tamamilə aydındır ki, proses tərksilah edilməyə doğru gedir”.

(Mənbə: NEWS.am)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.363563