Saat:19:15
Haqqımızda

Qarabağda öldürülən əsgərimiz - Qısas sahibi dövlətdir!

2021-10-15 09:44:00

Qarabağda öldürülən əsgərimiz - Qısas sahibi dövlətdir!

Bəlkə o sülhməramlı dəbilqəsini başına qoyan İvan deyil, Arturdur?

Oktyabrın 14-də axşam Qarabağda - Xocavənd istiqamətində düşmənin açdığı atəşlə əsgərimizin şəhid edilməsi bu millətin bir daha düşmən sifətini ortaya qoydu. Dövlət buna təxribat-filan deyə bilər, amma həqiqətdə bu tarixi düşmənçiliyin davamıdır.

Qarabağda sülh istəməyən Serjik Sərkisyan, Robert Köçəryanın və daha hansı itlərin bu qətldə əli

olduğu haqda düşünməyə dəyməz. Bu elə üç gün əvvəl Moskvada Rusiya prezidenti ilə çörək kəsən, “Qarabağ problemi həll olunmayıb” deyən Ermənistanın baş naziri Paşinyanın məsuliyyətidir. Qətl onun yoğunlamış boynundadır!

Hərdən internetdə erməni analarının övladlarının məzarı başında ağladıqlarını görəndə adam pis olur. Axı biz insanıq... Amma belə baxırsan ki, o anaların tökdükləri göz yaşına görə pis olmağa da dəyməz. Çünki bu millət bizimlə düşmənçilikdən əl çəkmir, o düşmənləri də o analar doğur axı... Bəlkə də bəziləri demirlər ki, türk bizim düşməndir, hər fürsətdə onların qanının tökün. Amma daha bunu deməyə ehtiyac qalmır. Çünki bu toxum, hüceyrə böyüyüb gec-tez bizə zatən düşmən olacaq. Alman xalqı bir xəstə təxəyyüllü Hitlerin qurbanı olub, erməni xalqı isə fərlidir- bunların genetikasında bir faşist zalımlılığı var. Ona görə baş verən və bundan sonra baş verəcək hadisələr “Paşinyanın, yoxsa onun siyasi rəqiblərinin məsuliyyətidır” kimi dərin analizlər mənasız işdir. Bunların hamısı düşməndir, bəlkə də sonuncu dığasınadək...

Nə baş verdiyi ortadadır. Ermənistan sülh istəmir. Daha doğrusu, müharibənin nəticəsi olan sülhü istəmirlər. “Qarabağ məsələsi həll olunmayıb” deyən Paşinyanı Putin susdurmalı idi. “Həll olunmamış bəzi məsələlər qalır” düzəlişini etməli idi. O səbəbdən Putinlə kəsilən duz-çörək və bu sözün qarşılığındakı susqunluq ermənilərə ürək-dirək verdi, yenə kol dalından xain planlar qurdular.
Kol dalı demişkən, bu xain güllə Rusiya sülhməramlılarının onsuz da bərbad olan imicini bir daha ayaqlar altına atdı. Korsunuz? Demək, sülhməramlılar ya postları erməni yaraqlılarına tapşırıb yatırlar, ya da şərait yaradırlar ki, gəlib əlverişli mövqelərdən snayperlərlə əsgərimizin qanımızı töksünlər. Bəlkə o sülhməramlı dəbilqəsini başına qoyan İvan deyil, Arturdur? Başqa izahı varsa, dövlətimizə desinlər. Çünki qisas sahibi dövlətdir. Necə ki, elə həmin gecə...

Sülhməramlıların qurduğu post o deməkdir ki, burada məsuliyyət Rusiyanın üzərindədir, quş uçsa da, vurulsa da, onlardır məsul. Bu sülhməramlıların beynəlxalq aləmdə qəbul olunmuş standart görəvidir. Azərbaycanla Rusiya sülhməramlıların statusunu razılaşdırmayıb. Bəlkə o səbəbdən Rusiya komandanlığı düşünür ki, qanunsuz erməni silahlıları arada gəlib Azərbaycan mövqelərindəki əsgərlərin canına qıya bilərlər. Erməni snayperinin tökdüyü qandan sonra Rusiya Müdafiə Nazirliyinin Kəlbəcər istiqamətində Azərbaycanın yük karvanının atəşə tutması barədə gecəyarı xəbər yayması nə demək idi? Yəni biz atəşkəsə nəzarət edirik, hətta yük kolonuna atəş açılanda da xəbərimiz olur. Yoxsa, bu Azərbaycanın könlünü almaq cəhdi idi? Rusiya Müdafiə Nazirliyi əsgərimizin qətl xəbərini yaymalı, onun izahatını verməliykən, diqqəti heç kimin xəsarət almadığının vurğulandığı yük maşını karvanına yönəltmək istədilər. Yük maşınına da güllə atmaq olmaz, amma ortada hələ qanı qurumamış əsgər ölümü var, bundan danışmalı idilər, bunun izahatı verilməli idi...

Bir neçə gün əvvəl Araik Arutyunyanın Ermənistanda Qarabağda döyüşmüş komandirlər və yezidi kürd taboru ilə görüşü haqda xəbərdən yazmışdım. Sonda bizim XİN-ə çağırış etmişdim ki, Araik Qarabağa terrorçular çağırır, “gəlin döyüşün” deyir, buna rəsmi reraksiya vermək lazımdır. Amma təəssüf ki, erməni mənbələrində yayılmış xəbərə bizim XİN bir cümlə ilə etiraz yaymadı. İndi mövqeyimiz daha möhkəm olardı, daha çox həm Rusiya sülhməramlılarının, həm Ermənistan rəhbərliyinin üzərinə gedə bilərdik...

Olan-oldu, amma heç nə keçmədi. Davam edəcək. Bir bizdən, beş onlardan, bir bizdən, on onlardan. Sonsuzadək isə belə davam edə bilməz. 44 günlük müharibənin hər ötən günündə belləri qırıldı, süründülər, amma yenə düşmənçilikdən vaz keçmədilər.

Ermənilər sülh istəmir, çünki genetikaları xəstə və qüsurludur. Nə edəcəklər, cavablarını alacaqlar. Dövlət düşməni necə susdurmağı da, ram etməyi də bilir... Qısas sahibi də odur!

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR