Qarabağda nə qədər silahlı erməni var? – “20 min adamın 12 mini əlisilahlıdırsa...”

2023-09-14 12:50:15

Qarabağda nə qədər silahlı erməni var? – “20 min adamın 12 mini əlisilahlıdırsa...”

“Azərbaycan aprelin 23-dən etibarən, Laçında humanitar gediş-gəlişlər istisna olmaqla, bütün qeyri-qanuni vasitələrin və malların daşınmasının qarşısını alıb. Ona görə də “Laçın” sərhəd-keçid məntəqəsindən keçən Qarabağ yox, daha çox Ermənistan erməniləri idi. Onlar Ermənistan ordusunun bölmələri tərkibində Qarabağda xidmət edib və xidmət müddəti bitdiyindən öz ölkələrinə qayıdırlar”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O, Azərbaycanı tərk edənlərin qondarma rejim “müdafiə ordusu”nun üzvləri olması ilə bağlı yayılan iddialara münasibət bildirib:

“İstisna deyil ki, onların içində Qarabağ erməniləri var, lakin reallıqda görünən budur ki, sərhəd bağlanıb və keçmiş hərbçilər ölkələrinə gedirlər.

Düşünürəm ki, bölgədə heç 12 min hərbçi olmaz. Bu gün Qarabağda yaşayan 20 min adamın 12 mini əlisilahlı olsa, bölgədə mülki şəxs qalmaz ki! Hazırda Qarabağda 6 min arası terrorçu mövcuddur. Onların yarıya qədərinin isə yaxın zamanlarda Ermənistana və başqa ölkələrə getməsi ehtimalı var. Sonrakı mərhələdə bunu görəcəyik.

Qısası, sərhədi keçənlər, əsasən, həm Ermənistan ordusunun, həm də separatçı rejimin silahlı dəstələrinin üzvləridir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.184270