Qarabağda hərbi əməliyyatlar qaçılmazdır - Başqa yolu YOXDUR!

2022-07-25 09:58:00

Qarabağda hərbi əməliyyatlar qaçılmazdır - Başqa yolu YOXDUR!

“Qarabağda müharibənin başa çatması və bir neçə aydan sonra 10 noyabr üçtərəfli razılaşmanın iki ilinin tamam olacağına baxmayaraq, müddəaların bir çoxu yerinə yetirilməyib. Mənim fikrimcə, atıq bu hüquqi deyil, siyasi məsələdir və siyasi müstəvidə həllini tapmalıdır. Daha çox güc balansı ilə bağlıdır”.

Hurriyyet.az
xəbər verir ki, bunu Reyting.az-a politoloq Fərhad Mehdiyev deyib.

F. Mehdiyev xatırladıb ki, bir müddət əvvəl Amerikanın kəşfiyyat xidmətinin direktoru İrəvan şəhərinə gələrək müzakirələr aparıb. Daha sonra Rusiya kəşfiyyatının rəhbəri İrəvanda olub. F. Mehdiyevin fikrincə, mümkündür ki, onlarda Azərbaycanın hərbi əməliyyatlara başlamaq istədiyinə dair informasiyalar var: “Məsələn, bu səfərlərdən sonra Ermənistan Təhlükəsizlik Şurasının sədri Qriqoryan deyib ki, “Qarabağdakı Ermənistan silahlı birləşmələrini çıxaracağıq, orada bizim əsgərlərimiz qalmayacaq”. Bunlar təsadüfi məsələlər deyil. O ayrı məsələdir ki, şəxsən mən, nə zamansa müharibənin başlayacağını düşünürəm”.

F. Mehdiyev bildirib ki, müharibənin başlaması üçün əsaslar var. Onun sözlərinə görə, müharibədən keçən dövr ərzində bir sıra vacib məsələlər həll edilməyib:

“Azərbaycanın həll etmək niyyətində olduğu və öz istədiyi kimi yoluna qoymaq istədiyi problemlər var. Ona görə də, geopolitik şərait münasib olanda Azərbaycan hərbi əməliyyatlara başlaya bilər”.

F. Mehdiyev hərbi əməliyyatlara başlamaq üçün əsaslara da diqqət yönəldib:

“Əvvəla, sülhməramlıların faktiki statusu yoxdur. Nəzərdə tutulur ki, 5 il müddətində Azərbaycan öz ərazi bütövlüyünü birdəfəlik həll etsin. Qarabğda ermənilərin yaşadığı ərazilərdə Azərbaycanın suverenliyinin necə təmin ediləcəyi məsələsi də var. Bu elə təmin edilməlidir ki, orada bizim bayrağımız, polisimiz, müvafiq strukturlarımız olmalıdır. İndiki şərtlər daxilində bunu hərbi yolla etmək mümkündür.

Üstəlik, sivil danışıqlar da getmir. Mən düşünürəm ki, ABŞ-dan Ermənistana edilən səfər, digər tərəfdən, Türkiyə-Ermənistan sərhəddini açmaq istəyi göstərir ki, ABŞ qeyri-hərbi yolla məsələnin həllinə çalışır. Mümkündür, Ermənistana deyirlər ki, müəyyən addım atmalısan. Sözsüz ki, bu olmayacağı halda alterativi hərbi əməliyyatlardır”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.079678