“Qarabağda Ermənistan vətəndaşı olan hərbçilər yoxdur” - Danırlar
2023-09-15 17:41:51

“Qarabağda Ermənistan vətəndaşı olan hərbçilər yoxdur”.
Hurriyyet.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə separatçı rejimin informasiya bürosu məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Rusiya sülhməramlıları tərəfindən Qarabağın dağlıq hissəsindən çıxarılan şəxslər Ermənistan və xarici dövlətlərə məxsus ali təhsil müəssisələrinin tələbələri, Rusiya vətəndaşları, onların ailə üzvləri, habelə Ermənistan vətəndaşları olan və Qarabağda tikinti və mədən sənayesində iştirak edən mütəxəssislər və işçilərdir.
Qondarma qurumun informasiya bürosu çıxan şəxslərin “müdafiə ordusu”nun mənsubları olması faktını inkar edib. /Yenisabah.az/
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya