Saat:21:46
Haqqımızda

"QARABAĞDA DEZİNFORMASİYA İLƏ MÜBARİZƏDƏ QAZANDIĞIMIZ UĞUR BÜTÜN DÜNYAYA NÜMUNƏDİR" – ALTUN

2021-07-29 17:01:00

“Qarabağdakı ədalətli mübarizəmizdə rast gəlinən dezinformasiyalar, saxta xəbərlər və təhrif cəhdlərinə qarşı doğru məlumatlarla həqiqəti işıqlandırdıq. Dezinformasiyaya qarşı mübarizədə qazandığımız bu uğur bütün dünyaya nümunədir”.

Bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Türk Şurası Sosial Media Təlim Proqramı və Türk Şurası Media Koordinasiya Komitəsinin 1-ci toplantısındakı çıxışında qurumun rəhbəri Fəxrəddin Altun deyib.

Proqramın açılışına video konfransla qatılan F.Altun Türk Şurası ölkələri arasındakı həmrəylik və əməkdaşlığı bütün sahələrdə olduğu kimi kommunikasiya sahəsində də dərinləşdirməyə çalışdıqlarını, proqramın bu istiqamətdə atılan mühüm addımolduğunu bildirib.

Sistemli dezinformasiya və yalan terrorunun bütün dünyada olduğu kimi, Türk dünyasının da üzləşdiyi ciddi problemlərdən biri olduğunu söyləyən F.Altun Türkiyənin bu problemlə mübarizədə əhəmiyyətli irəliləyişlər əldə etdiyini, lakin hələ də mübarizəyə davam edilməli olduğunu vurğulayıb.

“Əlbəttə ölkələrimizi və vətəndaşlarımızı sosial mediadakı təbliğatlardan, saxta xəbərlərdən, manipulyasiyalardan və sistemli dezinformasiyalardan qorumaq üçün lazım olan addımları atırıq. Məqsədimiz həqiqəti yaşatmaq, həqiqəti müdafiə etmək, hər cür yalanı, dezinformasiyanı aradan qaldırmaqdır. Sosial mediada hər yazılanın doğru olmadığı nöqtəsində ayıq olmalıyıq. İçtimaiyyətin vicdanını, ölkəmizin birliyini və bütövlüyünü təhdid edən dezinformasiya, saxta xəbərlər, manipulyasiya və təbliğat əməliyyatlarına qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik”, - deyə Altun bildirib.

F.Altun FETÖ-nün 15 iyul xain çevriliş cəhdi zamanı və sonra Türkiyənin ölkə daxilində və xaricində hər cür terror təşkilatına qarşı böyük bir mübarizə apardığını qeyd edib:

“Türkiyə öz torpaqlarını kökü xaricdə olan terrorçu ünsürlərdən qətiyyətlə təmizləyərək, “Fərat Qalxanı”, “Zeytun Dalı” və “Barış Pınarı” hərəkatları DEAŞ və PKK mənbəli beynəlxalq terrorizmə böyük bir zərbə vurdu. Bu müddətdə hərbi mübarizə ilə yanaşı dezinformasiya, saxta xəbərlər, təhrif və böhtanlara qarşı da fəal mübarizə apardıq”.

Suriyada, Liviyada və son olaraq Qarabağda sülh və sabitliyi qorumaq üçün əməkdaşlıq edən ünsürləri sosial media platformalarında ləkələmək cəhdlərinin də uğursuzluğa düçar olduğunu söyləyən Altun sözlərini belə davam etdirib: “Xüsusilə Qarabağdakı ədalətli mübarizəmizdə rast gəlinən dezinformasiyalar, saxta xəbərlər və təhrif cəhdlərinə qarşı doğru məlumatlarla həqiqəti işıqlandırdıq. Dezinformasiyaya qarşı mübarizədə qazandığımız bu uğur bütün dünyaya nümunədir.

Türk Şurasındakı qardaş ölkələrin gənc və dinamik əhalisi var. Bu gün ortaq dilimiz olan türk dili dünyada internet məzmununda 4-cü ən çox istifadə edilən dildir. Dünya əhalisi ilə müqayisədə sosial media istifadəçilərinin sayı sürətlə artan ölkələr arasında türk dünyası ölkələri də var. Buradan məlum olduğu kimi, türk dilli ölkələr rəqəmsal dünyadakı təhdidlərə qarşı qurban deyil, həqiqəti müdafiə edərək bu dünyadakı imkanlardan istifadə etməli və bu məkanı tənzimləməli olan həqiqi aktyorlardır”.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR