Qarabağda daha bir dəhşət: ölənlər var - Yeniləndi

2023-09-19 11:17:19

Qarabağda daha bir dəhşət: ölənlər var - Yeniləndi

Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları Məhəmməd Mübariz oğlu Məmmədov və Gülağa Gülməmməd oğlu Məmmədov həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sentyabrın 19-u saat 01:00 radələrində Füzulidə yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həmçinin, sentyabrın 19-u saat 04:00 radələrində Xocavənd rayonu ərazisində Azəravtoyol ASC-yə məxsus “Hovo” markalı yük avtomobili minaya düşüb, nəticədə sürücü və sərnişin hadisə yerində həlak olub.

***

Bu gün Laçın rayonunun Mollalar kəndində ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olmuş Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu Azərenerji ASC-nin əməkdaşları deyil.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, onlar ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.130086