"Qarabağda antiterror əməliyyatının zamanı yetişib..." - VİDEO

2023-03-16 09:00:00

Son günlər Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması barədə müxtəlif məlumatlar yayılır.

Erməni mediasında yer alan xəbərlərdə yaxın vaxtlarda döyüşlərin başlanacağı bildirilir. Həmçinin Ermənistan ikinci və üçüncü müdafiə xəttini gücləndirmək məqsədilə səngərlər qazır. Bu barədə Ermənistan Teleqram kanallarında görüntülər paylaşılıb. Bildirilib ki, müxtəlif istiqamətlərdə 25 atəş nöqtəsi inşa olunub, daha 25-nin də tikintisi davam edir. Bütün bu informasiyalar fonunda Azərbaycan-Ermənistan şərti sərhədində atışmaların intensivləşməsi xüsusilə diqqət çəkir. Demək olar ki, son günlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri, həmçinin Qarabağdakı qanunsuz silahlı birləşmələr Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutur.

Ən pisi isə odur ki, bütün bunlar Qarabağa müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Belə olan halda sual yaranır ki, Ermənistanın Ordumuza qarşı hərbi təxribatları yenidən müharibəyə səbəb ola bilərmi?

Moderator.az-ın məsələ ilə bağlı suallarını hərbi ekspert Elxan Şıxəliyev cavablandırıb.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.154086