“QARABAĞDA ANTİTERROR ƏMƏLİYYATI ZƏRURƏT İDİ” – “Qarşıya qoyulan vəzifə uğurla yerinə yetiriləcək”
2023-09-19 17:39:16
“Azərbaycanın Qarabağda keçirdiyi bu antiterror əməliyyatı zərurət idi, hətta deyərdim ki, onu reallaşdırmaqda bir qədər gecikib”.
Bunu AMİP lideri Etibar Məmmədov “AzPolitika.info”ya açıqlamasında Qarabağda bu gün başlayan hərbi əməliyyata münasibət bildirərəkən deyib.
“Çünki bölgədəki qanunsuz hərbi rejimin 10 mindən artıq silahlı dəstəsinin mövcud olması Azərbaycanın milli təhlükəsizliyinə, suverenliyinə təhdiddir. Düşünürəm ki, Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcək”, - E.Məmmədov vurğulayıb.