Saat:19:51
Haqqımızda

Qarabağa qanunsuz buraxılan xaricilər kimdir? - Sülhməramlılardan daha bir özbaşınalıq

2022-11-30 17:55:00

Qarabağa qanunsuz buraxılan xaricilər kimdir? - Sülhməramlılardan daha bir özbaşınalıq

Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlılar mandatlarına zidd daha bir addım atıblar.

Hurriyyet.az xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, rusiyalı sülhməramlılar tərəfindən Qarabağ ərazisində 14 xarici ölkə vətəndaşının keçidi təmin olunub. Onların xarici ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları və ya digər müvafiq təyinatlı şəxslər olması haqda məlumatlar var.

Mənbə bildirib ki, hazırda məsələ araşdırılır və müvafiq dəqiqləşdirmədən sonra Qarabağa keçidi təmin olunmuş xaricilərin kimliyi haqda əlavə məlumat veriləcək.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR