“Qarabağ” Zubiri satır? - AÇIQLAMA

2022-08-31 22:11:00

“Qarabağ” Zubiri satır? - AÇIQLAMA

İbrahima Vadjidən sonra “Qarabağ”ın daha bir futbolçusunun komandadan ayrılacağı ilə bağlı məlumat yayılıb.

Birləşmiş Ərəb Əmirlikləri klublarından biri Abdullah Zubiri heyətinə qatmaq istəyir. Dubay təmsilçisinin 30 yaşlı yarımmüdafiəçi üçün təklif göndərdiyi və mümkün transferi üçün böyük məbləğdə ödəniş etməyə hazır olduğu bildirilir.

“Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl sayta açıqlamasında yayılan xəbərləri təkzib edib:

“Nə Abdullah Zubirə, nə də “Qarabağ” klubuna belə bir təklif olub”.

Qeyd edək ki, Zubir 2018-ci ildə “Lens” klubundan “Qarabağ”a transfer edilib. \\Offsideplus.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058348