Saat:04:16
Haqqımızda

“Qarabağ” Xankəndidə oynayacaq: İlk qarşılaşma bu tarixdə olacaq

2023-11-15 23:14:57

“Qarabağ” Xankəndidə oynayacaq: İlk qarşılaşma bu tarixdə olacaq

Xankəndi şəhər stadionunda keçiriləcək ilk matçın tarixi müəyyənləşib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, dekabrın 21-də Azərbaycan kubokunun 1/8 final matçı bu arenada keçiriləcək.

"Qarabağ" II təsnifat mərhələsinin MOİK - Ağdaş/Cəbrayıl cütünün qalibini məhz Xankəndidə qəbul edəcək.

Hazırda bu arenada yenidənqurma işləri görülür. Stadionun tribunaları və otaqları təmir olunur. Gənclər və İdman Nazirliyi tərəfindən görülən işlərin dekabrın 15-ə kimi yekunlaşması planlaşdırılır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.586354