"Qarabağ xalqı nə edəcək, sonra biləcəksiniz" - Separatçılar yenə toplaşdı - FOTO

2022-12-17 23:25:00

Qarabağ separatçıları qondarma abidələrinin yanında toplaşıb.

Bu barədə ermənistanlı teleaparıcı Erik Antaranyan Facebook-da məlumat verib. O bildirib ki, 500-dən çox Qarabağ gənci qondarma “Dzedo-Babo” abidəsinin yaxınlığında toplaşıb. Onlar yolun açılmasını tələb edirlər.

“Yolun bağlanmasının 6-cı günüdür. Qarabağ sakinləri yaşamağa davam edir. Onların yaşamaq hüququ var. Onlar nə edəcəklər, sonra biləcəksiniz”, – deyə Erik təhdid edib.

Maraqlısı odur ki, deyirlər, yol bağlanıb, heç quş da uça bilməz, həyat sönüb, genosid belə gəldi, soyqırım elə getdi… Bəs bu aparıcı hardan peyda oldu Qarabağda? Axı o, İrəvanda yaşayır. Xankəndiyə gəlib çıxıb, özünəoxşayanları da yığıb, hələ hədə-qorxu da gəlir. Deməli, gözünüzün içinə qədər yalan danışırsınız həmişəki kimi.

 

 

Xuraman Etibarlı,

KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.135481