Qarabağ veteranını işdən çıxardı, “get nə bacarırsan elə” dedi – “AZƏRİQAZ”IN DEPARTAMENT RƏİSİ HAQDA ŞOK İDDİA
“Şəkildə gördüyünüz Əhməd Rəhmanov Qarabağ veteranıdır. Döyüşdə ağır yaralanaraq kantuziya aldğına görə, ona 2-ci dərəcəli əlillik statusu verilib. “Azəriqaz”da növbəli işdə cilingər işləyirdi. “Azəriqaz” İB İnsan Resursları Departamentinin rəisi Xəqani Bəşirli Əhməd Rəhmanovu otağına dəvət edib, işdən çıxarılması haqda əmrini ona təqdim edib və bildirib ki, mən belə tapşırıq almışam, get nə bacarırsan elə”.
Hurriyyet.az xəbər verir ki, bu barədə Nağı Allahverdi adlı vətəndaşımız tərəfindən redaksiyamıza məlumat daxil olub. O, daha sonra əlavə edir:
“Maraqlıdır, Xəqani Bəşirliyə Qarabağ əlilinə qarşı belə rəftar etməyi “Azəriqaz”ın Baş direktoru Həci Ruslan verib, yoxsa Xəqaniyə himayədarlıq edən müavinlər?! Şəxsən Həci Ruslanın belə göstəriş verməsinə inana bilmirəm, cünki müqəddəs ziyarətgahda olub, şeytana daş atıb. Xəqani Bəşirliyə hər kim göstəriş veribsə, Allah onu gec-tez “mükafatlandıracaq”. Çünki Əhməd Rəhmanovun həm də oğlunun səhhətində problem var və buna görə heç vaxt nə “Azəriqaz” onunla maraqlanıb, nə də özü heç kimə boyun əyməyib, fəhləliklə halal çörəyini qazanıb”.
Nağı Allahverdi daha sonra "Azəriqaz” İB İnsan Resursları Departamentinin rəisinə müraciət edib: “Hörmətli Xəqani müəllim və ona göstəriş verənlər! Dövlətimizi aldadan hüquqşünas Abasla bağlı da aidiyyəti üzrə müvafiq qurumlara müraciət etmisiniz?! Yəqin gec-tez bunların cavabını verəcəksiniz, inşallah!
QARABAĞDA CANLARINDAN KEÇƏN ŞƏRƏFLİ OĞULLARIMIZA QARŞI SƏLİB YÜRÜŞÜNÜ DAYANDIRIN!”
Hurriyyet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.