Saat:19:48
Haqqımızda

Qarabağ veteranı evinə işıq sayğacı qoyulmamasından şikayətçidir – BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT

2024-12-28 11:36:32

Qarabağ veteranı evinə işıq sayğacı qoyulmamasından şikayətçidir – BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT

Sumqayıt Yaşıldərə yeni yaşayış massivində yaşayan, Qarbağ veteranı Kərimli Nəsib Nəriman oğlu tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Mehriban xanım!

Sumqayıt Yaşıldərə ərazisində 6 sotda sənədli və kupçalı evimiz var. Həmin həyətdə 85 yaşlı anam və qardaşımın yoldaşı Kərimova Leyla və oğlu yaşayır. Hansı ki, onun oğlu idmançı kimi dəfələrlə vətəndən kənarda Azərbaycan bayrağını qaldırmışdır.

25 noyabrda işıq çəkdirmək üçün aidiyyəti quruma müraciət etdik. 5 dekabrda bildiriş gəldi ki, sayğac qoymaq üçün 160 manat ödəniş edin.

Mən 7 dekabrda ödəniş etməyə getdim, Səfərov Səbuhi adlı əməkdaş (11 rayona baxan kurator) bildirdi ki, həmin 160 manatı ödəmək olmaz, çünki ananla yaşadığı evin arakəsməsi yoxdur. Onun üçün ödəniş etməyimə icazə vermədi.

Səbuhi Səfərov və digər Rüstəm adlı əməkdaşlar düşündülər ki, yəqin mən onlara rüşvət verməliyəm. Mən rüşvət vermədiyimə, görə bəhanəsi oldu ki, ananla yaşadığın həyətdə iki evin arakəsməsi yoxdur. Səbuhinin gözünü pul örtüb, ona görə də bizə zülmlər edir. Özü Sumqayıt şəhərində, dəniz kənarında Mirvari Sity MTK-dan ev alıb. Görən hansı pulla, hansı maaşla?!

Cənab Ali Baş Komandan dəfələrlə deyib ki, mənə siqnal verin. Bu da siqnal. Səbuhinin yetərincə qeyri-qanuni işləri var. Boş torpağa kod açırlar, sonra həmin sayöaclar başqa yaşayış olan evlərə satılır. Budurmu haqq-ədalət ? Mənim imkanım yoxdur ki, arakəsmə edəm. Səbuhi yığdığı puldan mənə 1 maşın daş, 10 kisə sement alıb versin, arakəsmə edim. Vətən üçün candan keçən oğlana bir maşın daş alıb vermək onun üçün heç nədir.

Səbuhi Səfərov informasiya şöbəsinin rəisidir. Bu işin onun daşıdığı vəzifəyə heç bir aidiyyəti yoxdur. Səbuhiyə bu işləri görməyi kim tapşırıb? İşıq idarəsində savadlı energetik yoxdur ki, komputerlərə baxan evlərə baxış keçirir?

Hörmətli Mehriban xanım!

Belə vəzifəli şəxslər bu dövlətə, işıq idarəsinə ləkədir və əlavə edim ki, Səbuhi 11 rayona və sayı bilinməyən kəndlərə necə rəhbərlik edir. Belə insanlar şərəfli kresloda oturmalı deyil. Çünki bizim kimi vətəndaşlara qan uddururlar.

Xahiş edirəm, mənim işığımın çəkilməsi üçün köməklik göstərəsiniz.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.142095