Saat:12:40
Haqqımızda

Qarabağ və Şərqi Zəngəzurda nə qədər adam işlə təmin edilib? - RƏSMİ

2025-12-23 10:15:07

Qarabağ və Şərqi Zəngəzurda nə qədər adam işlə təmin edilib? - RƏSMİ

İşğaldan azad edilmiş ərazilərdə 2025-ci ildə 18 əmək yarmarkası keçirilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq Dövlət Məşğulluq Agentliyindən bildirilib.

Məlumata görə, həmin yarmarkalara 70 işəgötürən qatılıb və 767 vakant iş yeri təqdim edilib.

Agentlikdən vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə indiyədək ümumilikdə 26 əmək yarmarkası və “Peşələr festivalı” keçirilib. Bu tədbirlərdə 218 işəgötürən tərəfindən 2552 vakansiya irəli sürülüb.

Bildirilib ki, həyata keçirilən məşğulluq tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərdən 5500-dən çox şəxs münasib iş yerləri ilə təmin olunub.

Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyi Böyük Qayıdış proqramı çərçivəsində regionlarda əmək bazarının formalaşdırılması və əhalinin dayanıqlı məşğulluğunun təmin olunması məqsədilə aktiv tədbirləri davam etdirir.