"Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafın yeni lokomotivinə çeviriləcək" - VÜQAR BAYRAMOV

2022-04-22 14:43:00

"Bu potensialın reallaşması nəticəsində həmin ərazilərimizin ümumi daxili məhsul istehsalının payında da artım müşahidə olunacaq"

"Azərbaycan Prezidenti cənab İlham Əliyev aprelin 21-də Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri tanış olub. Ümumi sistemə daxil olan “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq. Füzuli rayonun ərazisinin əhəmiyyətli hissəsinin 27 ildən çox işğal altında qalması rayonun suvarma suya olan tələbinin ödənilməsində çətinlik yaradırdı". Hurriyyet.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, xüsusən də yay mövsümündə olan müraciətlərin bir qismi məhz suvarma su təminatı ilə bağlı olur: "İşğaldan azad olunan ərazilərimizdə su hövzələrin qısa zamanda bərpası istiqamətində həyata keçirilən işlər Qarabağda suvarma suya olan tələbin ödənilməsi baxımdan vacib idi. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə 9 su anbarı tikilir və ya təmir olunur. Azərbaycanın mineral və suvarma su ehtiyatların təxminən ¼-i işğaldan azad olunan ərazilərimizin payın düşür. Bu, Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafı baxımdan vacib faktorlardan biridir. Bütövlükdə, azad edilmiş torpaqlarımızın həm istehsal, həm kənd təsərrüfatı potensialı böyükdür".

CESD sədri hesab edir ki, bu baxımdan bərpa işlərlərindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanda iqtisadi inkişafa xüsusi töhfə verəcək, inkişafın yeni lokomotivinə çeviriləcək: "Bu potensialın reallaşması nəticəsində həmin ərazilərimizin ümumi daxili məhsul istehsalının payında da artım müşahidə olunacaq. Gözlənilir ki, bərpa prosesindən sonra həmin bölgələrimizdə məhsul istehsalının formalaşması Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatındakı payının 8 faizədək yüksəlməsinə gətirib çıxaracaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya