Qarabağ və Fələstin: oxşar və fərqli cəhətləri - TƏHLİL

2020-ci ilin sonlarında Azərbaycan 30 ildir işğal altında olan torpaqlarını azad etməyə çox yaxın olduğu bir vaxtda Rusiya “sülhməramlı” adı ilə Qarabağa qoşun yeridib, məsələnin həllinin hərbi fazasını daha üç il uzatdı. Otuz il işğal dövründə türk düşmənləri, xüsusilə, Fransa və Tehranın şovinist fars molla faşizmi erməniləri təkcə silahla təmin etməklə, müxtəlif çaplı terrorçuları işğal altında olan əraziyə daşımaqla kifayətlənməyib. Müvəqqəti atəşkəs dövründəki təmas xəttində Parisin, Tehranın hərbi mütəxəssisləri müasir standartlara cavab verən müdafiə, döyüş istehkamları, tunellər inşa etmişdilər. Yadda saxlayaq ki, türklərlə yüzillər boyunca düşmən olub, dünya ağalığına iddialı olan Rusiyanın təkcə türk düşmənçiliyi deyil, həm də dünya ağalığı iddiasında əsas rəqibi olan ingilis dövləti, yəni Böyük Britaniya və ABŞ-a qarşı mübarizədə də Tehranın molla rejimi və Fransa şərti olaraq eyni qruplaşmaya daxildir.
Onlar Yaxın Şərqdə İsrail ilə fələstin ərəblərinin arasında eyni mahiyytəli qarşıdurmada da İsrail dövlətinin tərkibində ən yüksək dərəcəli muxtariyyətə malik olan ərəblər üçün çoxsaylı hərbi məqsədli yeraltı tunellər tikib, HƏMAS-ın simasında bu ərəbləri maliyyələşdirib, silahlandırıb. Daim israillilərə hücum etməyə, İsrail ərazisinə hətta raketlər ataraq terror hadisələri törətməklə, İsrail dövləti və yəhudi xalqını dinc quruculuq və inkişafdan sapındırıb, daim hərbi qarşıdurmalara sövq edən də Rusiya, İran Fransadır. Yeganə fərq Qarabağdakı prosseslərə nüfuz, müdaxilə etmək üçün Rusiya, İran, Fransanın imkanlarının ingilis dövlətlərindən daha çox olmasıdır. İsrail-Fələstin ərəbləri arasındakı prosseslərə nüfuz və müdaxilə imkanları isə ingilis dövlətlərində daha çoxdur. Yəni Qarabağ münaqişəsində hegemonluq Rusiyanın, İsrail-Fələstin ərəbləri arasındakı münaqişədə isə hegemonluq ingilis dövlətinin əlindədir.
Qarabağda ermənilər gəlmə millətdir. Rusiyanın Azərbaycanın şimal torpaqlarını işğal etdikdən sonra erməniləri müxtəlif ölkələrdən daşıyıb gətirərək, 150-190 il öncə məqsədli şəkildə Qarabağda yerləşdirdiyi barədə sonsuz sayda maddi, sənədli sübutlar var. İsrail dövlətinin ərazisində yerləşən ərəblər də bu əraziyə gəlmə millətdir. Bəşəriyyətə məlum olan ən qədim mənbələr də bu ərazilərin yəhudi milli ərazisi olduğunu təsdiq etməklə bərabər, bu ərazidə ərəblərin gəlmə millət olduğunu sübut edir.
Türkiyədəki erməni kilsələrinin əslində yunanların olduğunu, onların hər birinin türk sultanlarının yunanlardan alıb ermənilərə verdiyini, hətta verildiyi dəqiq tarixlər göstərilməsi ilə sübut edən faktlar çoxdur. Azərbaycan ərazisində, o cümlədən Qarabağ ərazisində olan qədim Alban kilsələrinin də Şimali Azərbaycan ərazisini işğal etdikdən sonra, Rusiya çarının ermənilərə verdiyini sübut edən istənilən qədər maddi və sənədli sübutlar yetərincədir. Hətta müxtəlif dövrlərdə yaşamış erməni tarixçi alimlərin, erməni səyyah və ziyalları ermənilərin keçmişdə Azərbaycan ərazisində heç vaxt yaşamadıqlarını, “Böyük Ermənistan” dövlətinin heç bir vaxt mövcud olmamış mif olduğunu elmi əsaslarla maddi və sənədli sübutlarla təsdiq edirlər. Buna baxmayaraq ermənilərdən tarix boyu öz məqsədləri üçün sui-istiadə edən havadarları bu gün Qarabağda yaşayan erməniləri, erməni milləti yox, “Qarabağ xalqı” adlandırmaqla, problemə bələd olmayan və ya səthi bələd olan dünya ictimaiyyətinə gəlmə ermənilərin öz milli ərazisində yaşayan az saylı aborigen xalqı, Azərbaycanın zorakılığa məruz qoyaraq, milli hüquqlarının tapdalaması təsəvvürü yaratmağa çalışırlar. Hansı ki, son otuz ildə Rusiya və Ermənistanın vasitəsilə Azərbaycanın ərazisinin 20 faizini işğal edib, əhalisini terrora, qətliama məruz qoyub, hərbi və mülki əsirlərə ağlasığmaz işgəncələr verdikləri halda, Azərbaycan ordusu istər 44 günlük hərbi əməliyyatlar, istərsə də son 24 saatlıq antiterror əməliyyatı ərzində bir nəfər mülki erməninin burnunu belə qanatmadı və əsir də almadı. Buna baxmayaraq ermənilərin öz himayədarı Rusiyadan imtina edərək Qərbin himayəsinə doğru ciddi addımlar atan erməniləri cəzalandırmaq üçün Azərbaycanın Qarabağda antiterror tədbiri keçirməsinə Rusiya razılıq verdi.
Rusiyadan başqa, nəinki İran və Fransa, hətta fürsətdən istifadə edərək Rusiyanı Cənubi Qafqazdan çıxarıb, onu əvəz etməyə iddialı olan ABŞ və onu dəstəkləyən Avropa Birliyi dövlətləri bir səslə, Qarabağdan Azərbaycan hərbçilərindən heç bir təzyiq, pis rəftar görmədən, özlərinin öz cinayətlərinin nəticələrindən qorxaraq, könüllü Ermənistana köçən ermənilərin milli hüquqlarının pozulması adı ilə Azərbaycana qarşı müxtəlif qərar, qətnamə qəbul etdilər. Bu onu sübut edir ki, Cənubi Qafqaza girib, burada lövbər salacaq hər hansı bir dövlət, yenə də ermənilərdən Türkiyə və Azərbaycana qarşı təzyiq vasitəsi, münaqişə yaratmaq aləti kimi istifadə etməyə israrlı olacaq.
Yəhudi milli əraziləri olan İsrail dövlətinin ərazisində bəşəriyyətə məlum olan tarix ərzində heç vaxt Fələstin dövləti olmayıb. Bu gün Yаxın Şərqin bu bölgəsində hegemon güc olan ingilisləri sıxışdırıb bu bölgədən çıxararaq, burada dominantlıq etmək iddiasında olan Rusiya, İran, Fransa və s. Fələstində yaşayan ərəbləri “Fələstin xalqı” adlandırmaqla onları dünya ictimaiyyətinə, bu ərazilərin sahibi olan yerli millət kimi sırımaqla, özlərinin hegemonluq niyyətini, haqq, ədalət mübarizəsinin himayədarı simvolu olaraq göstərməklə, pərdələməyə çalışırlar. Əslində isə Qarabağda erməniləri öz məqsədləri naminə “qurbanlıq qoyun” qismində istifadə etdikləri kimi, Yaxın Şərqin bu bölgəsində İsrail dövləti ərazisində reallıqda müstəqillik statusuna bərabər ən yüksək milli muxtariyyət statusunda yaşayan ərəbləri öz məqsədlərinə çatmaq naminə zorla yəhudilərlə münaqişəyə cəlb edərək, «qurbanlıq qoyun» kimi istifadə edirlər. Qarabağdakı münaqişə dünyəvi milli şüarlar vasitəsilə qızışdırılıb idarə edilməsindən fərqli olaraq, İsrail ərazisində dini əsaslar, şüarlar vasitəsilə qızışdırılaraq idarə edilir.
Ermənilərin Qarabağ ərazisində bir ədəd belə kilsə, monastır tikməyib, Rusiya çarının qədim Alban kilsələrini ermənilərin ixtiyarına verdiyi çox dəqiq bilən Roma papası 30 il ərzində Qarabağ ərazisində ermənilərin Alban kilsələrinin xaçpərəst alban türklərinə məxsus olduğunu sübut edən elementləri söküb, əvəzinə erməni simvolları qoymaqla erməniləşdirdiyini də bilir. İyirmi iki muzeyi, Xudavənd monastırının XIII əsrə aid olan qədim əlyazmalarını, yüz mindən çox mədəniyyət nümunələrini məhv edərək Ağdamın Şahbulaq qalası ətrafında qazıntılar zamanı tapılan qiymətli eksponatları qanunsuz olaraq Ermənistana aparılmasını, 64 məscidini yerlə yeksan edib, qalanlarında donuz saxladığını bilsə də heç vaxt səsini çıxarmayıb. Ermənilər Xocalıda dinc əhalini qətliam edəndə, öz sələfinin Erməistanın baş keşişinə zəng edib, “Mən orda olsaydım onların (yəni qətliam törədən erməni cəlladlarını – Ş.Q.) əlindən öpərdim”, deməsindən xəbərsizmiş kimi, bu gün Vatikandakı “müqəddəs” Pyotr meydanında Azərbaycan hakimiyyətinə ünvanladığı, Qarabağda ermənilərin son yüz ildə dağıtdığı türk milli və müsəlman dini tarixi abidələrindən bir kəlmə belə danışmayıb. Ermənilərin bu müddətdə orada yaratdıqları süni erməni dəyərlərinin və Rus çarının onların istifadəsinə verdiyi ermənilərin erməniləşdirdiyi qədim türk-Alban məbədlərini qoruyacağına ümid etdiyini bildirir. Papa deyib ki, – “Azərbaycanın “nəzarətinə keçən” Qarabağ ərazisində monastırlar və dini ibadət yerlərinə hörmət etmək və yerli mədəniyyətin tərkib hissəsi kimi qorunmalıdır. Bu mövcud olan fərqliliyə (əslində isə ermənilərin hər an bizim kürəyimizə neştər saplamaq şakərinə – Ş.Q.), baxmayaraq bir yerdə yaşamağa ümid verən qarlaşlıq əlaməti olar”.
Bununla da o, terrorçunu zərərçəkən, zərərçəkəni isə terrorçu olaraq qəbul etdiyini gizlətmir, həm də Qarabağı “erməni milli torpağı” olaraq tanıdığını elan edir. Bu da türk düşmənlərinin xristian həmrəyliyi şüarı ilə bu günə qədər təşkil etdikləri səlib müharibəsinin davam etdiyini və edəcəyini sübut edir.
Qarabağ və Fələstin məsələlərində daha bir eynilik də çox maraqlıdır. Fransada 2,5 milyon, ABŞ-da 2,3 milyon, Rusiyada 2.2 milyon erməni yaşadığı, Azərbaycan torpağı olub, yüz il bundan əvvəl elə həmin dövlətlərin tələbi ilə Azərbaycan Demokratik Respublikasından alınıb, erməni dövləti qurularaq Ermənistan dövləti deyilən İrəvan xanlığının ərazisi Qarabağa bitişik olduğu bu günkü erməni “dövlətində” Qarabağdan könüllü olaraq getmiş bir ovuc erməninin rahat yerləşdirilməsi üçün istənilən miqdarda boş ərazi və digər imkanlar var. Lakin dünya gücləri Türkiyəni türk dünyasından ayırmaq, Azərbaycanın daxili işlərinə daim müdaxilə etmək imkanlarını saxlamaq üçün bəhanə olaraq Qarabağda müəyyən sayda erməninin saxlanılması, həm də onlara müəyyən status verilməsi üçün maraqlıdır. Heç də təsadüfi deyil ki, həm Rusiya, həm də ABŞ-ın simasında bütün xristian Qərbi Qarabağda on min erməninin saxlanılmasında israrlıdırlar. Bu da o deməkdir ki, Cənubi Qafqazda Rusiya və ya Qərbin mövcud və hegemon olmasından asılı olmayaraq hər iki tərəf ermənilərin simasında Azərbaycanın qabırğasına keçirilmiş bu qarmağın mövcudluğu və məhz onun öz əlində olması niyyətindədir.
İsrail ərazisində də vaxtilə vəhşi bədəvi ərəblərin yəhudi torpaqlarını işğal edərək yerləşən, bu günkü nəsillərinin yerləşə biləcəyi qonşu ərəb dövlətlərinin tamamilə boş, istifadəsiz qalan əraziləri mövcuddur. Ancaq ilk növbədə elə Qarabağda hegemonluq uğrunda mübarizə aparan Rusiya ilə Qərb gücləri məsələnin birdəfəlik həll olunmasını istəmir. Çünki hər iki tərəfə öz məqsədlərini reallaşdırmaq üçün kiçik millət və dövlətlərin arasında qarşıdurma yaradıb, idarə edilə bilən müharibə alovlandırmaq üçün, kül altında közərən ocağın üstündə hər an partladıla biləcək barıt çəlləyinin mövcud olması çox önəmlidir.
İrili-xırdalı düşmənlərimizin nə dərəcədə hiyləgər, təhlükəli amansız və vəhşi məxluq olduğunu, tarix boyu ermənilərin dini, dövlət təşkilatlarının, müxtəlif statuslu hərbi, terror təşkilatlarının, ayrı-ayrı siyasətçiləri və ictimai-siyasi xadimlərinin danışıqları və praktiki əməllərində də aydın görmək olur.
Bu günlərdə elektron KİV-lərdə Sərkis Aroyan adlı bir erməninin öz millətinə “proqram müraciəti” yayımlandı. Aroyan ermənilərə reallıqları dərk etmək və bu reallıqlardan öz xeyrinə səmərəli istifadə etməyin düzgün yollarını göstərməklə yanaşı, Ermənistan ətrafında baş verəcək hadisə və prosseslər barədə obyektiv proqnozlar verir. Lakin mənim nəzərimi onun obyektiv təhlilindən çıxardığı düzgün nəticələrdən daha çox, müraciətində türklər, o cümlədən Azərbaycan türkləri üçün çox təhlükəli erməni hiyləgərliyi olan məqamlar cəlb etdi. Onun ən məkrli və təhlükəli təklifi Azərbaycanda və Ermənistanda qarşılıqlı nifrətini qadağan edilməsi haqqında hər iki ölkə parlamentində eyni zamanda qanun qəbul edilməsi təklifidir. 300 ildən çoxdur ki, ermənilər milli və fərdi səviyyədə təkcə Azərbaycan türklərinə deyil, bütün türklərə gizli, aşkar total nifrət təbliğ etməklə kifayətlənməyib, Türkiyədə, Qazaxıstanda, Özbəkistanda, Cənublu, Şimallı Azərbaycanla on milyonlarla türkü ən vəhşi üsul və vasitələrlə qətlə yetirmişlər. Bunu ermənilər və onların havadarları nə qədər öz arxivlərində gizlətsələr də, bu barədə yetərincə sənədli və maddi faktlar mövcuddur. Birinci dünya müharibəsində ermənilərin öz havadarlarının köməyi ilə Osmanlıda 3 (üç) milyona qədər türkü qətlə yetirib, orada erməni dövləti qurmaq amacı puça çıxdıqdan sonra, bu cinayətlərdə əli olan ermənilərin Rusiyaya, Fransaya, ABŞ-a köç etməsini, bu gün Qarabağdan bir nəfər erməninin burnu belə qanamadan Ermənistana köç etməsi kimi “genosid” (soyqırımı) adlandırırlar. Əgər ermənilər türklərlə dinc-yanaşı yaşamaq istəyirlərsə, onda Ermənistan dövləti rəsmi olaraq “erməni soyqırımı” iddiasının heç bir faktiki əsası olmadığını ciddi rəsmi sənədlə təsdiq etməli, 300 ildən bəri davam edən, türk millətinə qarşı apardıqları təbliğatı, ərazi iddasını qəti adağan edən və buna cəhd edən hər hansı bir vətəndaşını böyük müddətə azadlıqdan məhrum etməklə, heç bir əvf aktına şamil edilə bilməməsi haqqında Ermənistan dövləti qanun qəbul etməlidir.
Azərbaycan və digər türk dövlətləri tarix boyu nə ermənilərə qarşı soyqırım törətməmiş, nə də türk milləti heç bir zaman ermənilərə qarşı niyrət təbliğ etməmişdir. Azərbaycan hansı hesabla və məntiqlə ermənilərin 300 il ərzində türklərə qarşı etdikləri soyqırımları, irimiqyaslı cinayətləri ictimailəşdirməyi qanunla qadağan edib, xalqın yaddaşından silməklə, bir müddətdən sonra ermənilərin elə ilk fürsətdə biz türklərə arxadan ölümcül zərbə vurmqala, bizə yeni dəhşətlər yaşadaraq bizə məxsus faciəli tarixi təkrar etməyə ermənilərə şərait yaratmalıdır. Aronyanın ən hiyləgər və təhlükəli bu təklifi bizim heç bir günahımız olmadığı halda öz xoşumuzla edam kürsüsünə qalxıb, çatını öz boğazımıza salmağımız deməkdir. Keçmişi daim xatırlamaq, gələcəyi görmək üçün dar ağacı və ya uca qaya mahiyyətindədir. Öz millətinə reallıqları obyektiv qiymətləndirərək, rəqiblərindən, düşmənlərindən ağıllı olmağı tövsiyə edən Aronyan biz türklərə bunun əksini təklif edir. Yaxın gələcəkdə türk dövlətlərinə gücləri çatmayacağını bilərək, həm də qapalı mühitdə inkişaf edə bilməyəcəklərinin labüdlüyünü dərk edən Aronyan, “praqmatik” siyasət yeridib, türklərin qılığına girməklə, onların imkanlarından istifadə edib. İqtisadi, hərbi-siyasi cəhətdən güclü erməni dövlətini qurduqdan sonra, türklərlə düşmənçiliklərini açıq müstəviyə keçirməyi məsləhət görür.
Ermənilərin, ermənilərə dövlət qurub, yüz ildən bəri onları bəsləyib, himayə edən ruslara bu günkü münasibəti, türklərə də dərs olmalıdır. “Axmaq adam öz başına gələn fəlakətdən, ağıllı adam isə başqasının başına gələn fəlakətdən ibrət alar”, – deyib türk aqilləri. Əgər biz nəinki başqalarının, hətta öz başımıza erməninlərin son 300 ildə gətirdikləri fəalkətləri unudub, Aronyanların, Roma Papasının təklifi ilə “haylarla qardaş olsaq” onda bizi məhv olmaqdan fələk də qoruya bilməz.
Şapur QASİMİ
