Saat:03:28
Haqqımızda

Qarabağ Universitetində müəllimlərə hansı imkanlar yaradılacaq?

2024-02-07 15:34:58

Qarabağ Universitetində müəllimlərə hansı imkanlar yaradılacaq?

Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə əksini tapıb. 

Universitetin fəaliyyət istiqamətlərinə gəldikdə isə, burada bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması; magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrıayrı ixtisas sahələrinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi; doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi; orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi; elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılması öz əksini tapıb. 

Qeyd edək ki, hələ 1969-cu ildən Xankəndi şəhərində yaradılmış olan Xankəndi Pedaqoji İnstitutu fəaliyyət göstərib. Hazırda Qarabağ Universiteti adı altında fəaliyyət göstərəcək bu ali təhsil ocağına yeni tədris ilindən qəbul həyata keçiriləcək.

Qarabağ Universitetində çalışacaq müəllimlər və təhsil alacaq tələbələr üçün hansı güzəştlər nəzərdə tutulur?

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova "Cebhe.info”-ya bildirdi ki, hazırda Nazirlər Kabineti Nizamnaməni təsdiqlədikdən sonra hazırlanacaq olan altsənədlərdə hansı məqamlar öz əksini tapacağı ilə bağlı hazırda dəqiq məlumatı olmasa da, Xankəndidə universitetin açılması çox əhəmiyyətlidir və orada çalışmaq və təhsil almaq özü də böyük bir şərəf olacaq:

"Xankəndi işğaldan azad edilmiş digər ərazilərdən bir qədər fərqli olaraq az dağıntıya  məruz qalıb. Orada yaşayan erməni icması oranı tərk edib, ancaq infrastruktur var. 

Sadəcə, həmin infrastrukturu gücləndirmək lazımdır. Fikrimcə, Qarabağ Universitetinin modeli bir qədər fərqli olacaq, müasir standartlarda olmayacaq. Tələbələr üçün yataqxana, orada çalışan müəllimlər və digər işçilər üçün şərait yaradılacaq.

Düşünmürəm ki, dövlət bunu fikirləşməsin. Çünki infrastruktur məsələsi çox əhəmiyyətlidir. Kifayət qədər də Xankəndinin infrastrukturunu yenidən qurmaq yox, yeniləmək lazım olacaq. Universitetdə ilkin mərhələdə dəstək layihələri, sosial müdafiə, sosial paketlər olmalıdır".

G.Səfərovanın sözlərinə görə, ölkənin digər ali məktəblərinə qəbul qaydalarına uyğun olaraq abituriyentlərin Qarabağ Universitetini seçmək hüququ olacaq: 

"Yəqin ki, müəllimlərin yaşam yerləri və s. ilə bağlı güzəştlər ola bilər. Biz hələ universitetin layihəsini görməmişik. Bəlkə də orada Müəllimlər evi hazırlana bilər. Digər ölkələrdə müəllimlərin yerləşməsi ilə bağlı modellər var. Çox güman ki, bunlar nəzərdə tutulacaq.

Eyni zamanda biz oraya gedəcək şəxslərin arasında hansı ixtisas sahiblərinin gedəcəyini bilmirik. Müəllimlər kimi digər gündəlik işlərdə bizə lazım olan ixtisas sahiblərinin gedib orada çalışması lazımdır ki, orada yaşayış başlasın. Bu bir gün ərzində olacaq proses deyil. Mərhələli şəkildə olacaq. Məhz müəllimlər üçün də bütün imkanların yaradılması istiqamətində tədbirlər görüləcək.

Yalnız müəllimlər deyil, tələbələr, eləcə də qayııdıb yaşayan insanlar üçün infrastruktur yaradılacaq. Sentyabr ayından orada təhsil başlamalıdır. Vaxt çox olmasa da, əminəm ki, bununla bağlı qərar olacaq. Çünki orada kifayət qədər bunalar var və əhalinin dönüş planına da uyğun olaraq müəllimlərə də şərait yaradılmaldır. İnanıram ki, orada bütün tələbələrə, müəllimlərə şərait yaradılacaq".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.351713