““Qarabağ” sıradan komanda deyil” — Çerçesov

2022-08-02 00:19:00

““Qarabağ” sıradan komanda deyil” — Çerçesov

Bu gün bərpa məşqi keçdik və səhvlərimizi aradan qaldırdıq. Sabah isə Bakıya uçacağıq.

Bunu Macarıstanın "Ferentsvaroş" komandasının baş məşqçisi Stanislav Çerçesov Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

Rusiyalı mütəxəssis uzun və yorucu səfərə çıxacaqlarını bildirib: "Budapeştdən Azərbaycan paytaxtına yol yaxın, rəqib isə sıradan komanda deyil. "Qarabağ" Polşa "Lex"i və İsveçrə "Sürix"ini layiqli şəkildə keçdi. Müntəzəm olaraq avrokubokların qrupunda çıxış edirlər. Bir sözlə, çətin olacaq, amma bu mərhələdə başqa yol yoxdur".

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Ferentsvaroş" qarşılaşması saat 20:00-da başlayacaq. Cavab matçı avqustun 9-da Budapeştdə olacaq.\\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.069907