Qarabağ separatçılarının istintaqı yekunlaşdı - Baş prokuror
Qarabağ separatçıları ilə bağlı istintaq yekunlaşıb və materiallar yaxın vaxtlarda məhkəməyə təqdim olunacaq.
Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycanın baş prokutotu Kamran Əliyev “Nyus.ru”ya açıqlamasında deyib.
“Hazırda cinayət işinin materialları ilə həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlər tanış olurlar. Bilirsiniz ki, bu cinayət işində zərərçəkənlər çoxdur. Bütün bu istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq standartlara və Azərbaycanın cinayət qanunvericiliyinə uyğun olaraq, mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək”, - Əliyev bildirib.
Qeyd edək ki, Baş Prokurorluq tərəfindən 15 separatçıya qarşı cinayət işi başlanıb və onlar beynəlxalq axtarışa verilib. 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra onlar saxlanılıb və Bakıya aparılaraq istintaqa təhvil verilib. Separatçılara qarşı terrorizm, terrorçuluğu maliyyələşdirmə, qanunla nəzərdə tutulmayan silahlı birləşmə və qruplaşmalar yaratmaq, terrorizm məqsədi ilə təlimlər keçirmək ittihamları irəli sürülüb. Bu ilin iyununda Bakı onların işi üzrə istintaqın başa çatdığını elan edib./Axar.az/