Saat:20:33
Haqqımızda

QARABAĞ QAZİSİ İCRA BAŞÇISI VƏ BƏLƏDİYYƏ SƏDRİNDƏN ŞİKAYƏTÇİDİR - "Başçıdan xahiş etdim ki, mənim ailəm üçün də torpaq sahəsi ayrılsın..."

2024-04-12 10:59:41

QARABAĞ QAZİSİ İCRA BAŞÇISI VƏ BƏLƏDİYYƏ SƏDRİNDƏN ŞİKAYƏTÇİDİR -

Ağcəbədi rayonu, Təzəkənd kənd sakini Qəhrəmanov Zahid Məhərrəm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub . Şikayətçi iddia edir ki, Bələdiyyə sədri torpaqları icarəyə verir: 

“Mən, Qəhrəmanov Zahid Məhərrəm oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Məlumat üçün qeyd edim ki, özüm hərbçiyəm, Vətən müharibəsinin hər ikisində də iştirak etmişəm. Hal-hazırda da xidmət edirəm.

Ailəmə torpaq sahəsi ayrılması üçün dəfələrlə icra başçısının qəbulunda olmuşam, amma şikayətimə cavab verilməyib. "Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənə və ailəmə 1 hektar torpaq sahəsi verəsiniz", - deyə icra başısına müracət etdim. İcra başçısı isə məni Bələdiyyə sədri Elçin Məmmədova yönləndirdi. "Kəndin müharibə iştirakçılarına torpağı o, paylayır", - dedi. Elçin Məmmədov isə həmin torpaq sahələrini mülki şəxslərə icarəyə verib. Mənə də hər il deyir ki, bu il verəcəm. Xahiş edirəm ki, mənim ailəm üçün də torpaq sahəsi ayrılsın.

Bələdiyyə sədrinin burada maddi marağı olmasa, torpaqları mülki şəxslərə yox, hərbçilərə, qazilərə verərdi". 

Qeyd edək ki, Ağcəbədi rayonu, Təzəkənd Bələdiyyəsi ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.218584