Saat:12:19
Haqqımızda

QARABAĞ QAZİSİ HAQDA YAZIYA “YAŞAT” FONDUNDAN REAKSİYA – “Çağrı Mərkəzimizə müharibə iştirakçısı və ya ailəsi tərəfindən müraciət daxil olmayıb”

2021-12-01 14:10:00

QARABAĞ QAZİSİ HAQDA YAZIYA “YAŞAT” FONDUNDAN REAKSİYA – “Çağrı Mərkəzimizə müharibə iştirakçısı və ya ailəsi tərəfindən müraciət daxil olmayıb”

“1-ci Qarabağ müharibəsi veteranı Musayev İlqar Təvəkkül oğlu ilə bağlı xəbərlər əsasızdır. Çünki “YAŞAT” Fondunun əməkdaşları ilə heç bir görüş keçirilməyib, Çağrı Mərkəzimizə müharibə iştirakçısı və ya ailəsi tərəfindən müraciət daxil olmayıb”.

Hurriyyet.az xəbər verir ki, bu haqda İlqar Musayev haqda saytımızda dərc olunan “Birinci Qarabağ savaşının iştirakçısı İlqar Musayevə qarşı diqqətsizlik...” sərlövhəli yazıya “YAŞAT” Fondu tərəfindən verilən reaksiyada bildirilir.

“1 ilə yaxındır ki, fəaliyyət göstərən “YAŞAT” Fondu Çağrı Mərkəzinə daxil olan bütün müraciətlərə eyni həssaslıqla yanaşır, qeydə alır və Fondun səlahiyyətləri çərçivəsində dəyərləndirir. Çox təəssüf ki, xəbər hazırlanarkən Fondun heç bir məsul şəxsi ilə əlaqə yaradılmayıb.

Qeyd edək ki, araşdırmadan sonra məlum olub ki, Musayev İlqar Təvəkkül oğlu 1-ci Qarabağ müharibəsində iştirak etsə də, 30 ilə yaxın müddətdə heç bir əlillik dərəcəsi almayıb. Diqqətinizə çatdıraq ki, Fond yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə yardım edir.

Ölkə rəhbəri tərəfindən yaradılan “YAŞAT” Fondu ilk gündən şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərir. Onların və ailə üzvlərinin  məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərinin ödənilməsi, borc öhdəliklərinin qarşılanması və təhsilə dəstək məqsədilə 4 istiqamətdə yardım təklif edir. Nəzərinizə çatdıraq ki, “YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytımızdan əldə edə bilərsiniz”, - deyə Fonddan qeyd olunur.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR