Qarabağ qazilərinə dövlət hesabına yardımdan imtina edilir

2022-05-25 12:55:00

Qarabağ qazilərinə dövlət hesabına yardımdan imtina edilir

Vəkillər Kollegiyası məhkəmələrdə dövlət ittihamını müdafiə edir?!

Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi hər kəsin keyfiyyətli hüquqi yardım almaq, qanunla nəzərdə tutulmuş hallarda bu yardımdan dövlət hesabına pulsuz yararlanmaq hüququnu doğrulayır. Ana Qanunun 127-ci maddəsinin Vll hissəsində isə məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququnun təmin edilməsi doğrulanıb. Di gəl, məhkəmə hakimiyyəti ölkədə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan qanunu -Konstitusiyanı tətbiq etməyə borclu olduğu halda, qərəzlə aztəminatlı şəxslərə,  Qarabağ qazilərinə vəkil ayrılmasından imtina edir.

 İmtina bəhanəsi,  Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsi əsasında  yalnız vəkilin məcburi iştirakı tələb olunduqda,  məhkəmənin dövlət hesabına müdafiəçi ayırması ilə əsaslandırılır. Bəs Konstitusiyanın 61-ci, 127-ci maddələri ,  “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20-ci maddəsi niyə tətbiq edilmir ? Hakimlər bu aktların tətbiq edilməsini Vəkillər Kollegiyasının üzərinə qoyurlar.

Vəkillər Kollegiyası isə nəinki qanunu icra edib, aztəminatlı şəxslərin müraciətləri əsasında vəkil ayrılmasını təmin edir, heç məhkəmələrin vəkillə təmin olunma haqqında qərardadlarını da icra etməkdən imtina edirlər. Bu sətirlərin yazarının 3-cü şəxs Qarabağ qazisi kimi Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən Elşad Şamayev ) 29.08.2019 tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün vəkillə təminatı haqqında ərizəsinə 3 ildir baxılmır. Çoxsaylı şikayətlərdən sonra Bakı Apellyasiya Məhkəməsi  (sədrlik edən Rəşad Həsənov) 05.08.2021 tarixli qərardadla vəkil ayrılmasından imtina edib ki, 9 saylı vəkil bürosunun sədri  Eldar Əliyarov məhkəməyə bildirib ki, 3-cü şəxs Qarabağ qazisinə 09.01.2019 tarixli qərardadla vəkil edilib, amma qazi telefona cavab vermədiyindən şikayət yazılmayıb. Cinayətkar saxtalığa fikir verin, 29.08.2019 tarixli məhkəmə aktından 7 ay qabaq kassasiya şikayəti vermək üçün 09.01.2019-cu il tarixli qərardad qəbul edilib! (?) Texniki səhv kimi qəbul edilməsi mümkün deyil, nədən köhnə tarixə saxtalaşdırılan  09.01.2019 tarixli qərardad elə məhkəmədən göndərilib . Bu cinayətkar saxtalığa göz yummaq olardı, amma 9 saylı vəkil bürosunun şikayəti telefonla yazması dələduzluğuna necə kor qalmaq olar? Kobud insan hüquqları pozuntusuna Ombudsman da məhkəmənin işinə qarışmaq səlahiyyətlərinin olmaması nədəni ilə qiymət verməkdən imtina edir. Əcəb hüquq müdafiəçiliyidir , məhkəmə vəkil ayrılmasından imtina edir, vəkil şikayəti yazmaqdan, insan hüquqları üzrə müvəkkil də müdafiə hüququna, məhkəmə təminatı hüququna qadağaya baxmaqdan. Bu günlərdə Vəkillər Kollegiyası (VK)  ilə Ombudsman Aparatının yeni qadağa bəhanə-  metodu üzə çıxıb : Ombudsman Aparatı 9 saylı vəkil bürosunun şikayəti yazmamasını Qarabağ qazisinin guya telefonla imzalamayacağını deməsi ilə əsaslandırıb. (?) Bəs Şəki Apellyasiya Məhkəməsinin 27.11.2019-cu il tarixli qərardadını 3 ildir icra etməyən Ağsudan ayrılan Ziya adlı vəkilin şikayəti yazmaması nə ilə izah edilir? VK Aparatının müavini Seymur Səfərov vəkilin şikayəti yazmamasında qanun pozuntusu olmadığını bildirib! (?)

VK-nın “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun tələbinə qarşı çıxaraq məhkəmələrdə hakimlərin qanunsuzluğunu , hətta dövlət ittihamını müdafiə etməsi məhkəmə - hüquq sisteminin adına ən böyük ləkədir. Təsəvvür edin, Vəkillər Kollegiyasının intizam komissiyasının üzvü Əlirza Həbilov etibarnaməsi olmadan istintaq-ittiham orqanı olan DİN -in  nümayəndəsi və vəkili rolunda çıxış etməsi bir yana, hələ üstəlik vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məhkəmələrin ayırdığı vəkillərin şikayəti yazmasına da imkan vermir.  Şəki Apellyasiya Məhkəməsinin  (sədrlik edən Gündüz Abbasov)  Şəkini, Bakını qoyub, İsmayıllı hüquq məsləhətxanasından ayırdığı Nəvahid  adlı vəkil şikayəti Əlirza Həbilovun göstərişi ilə 6 aydan sonra “yazıb” və iddiaçı Qarabağ qazisinin bu vaxtında yazılmamada suçu olmamasına , müddətin üzrlü sayılmasına ərizə verməsinə baxmayaraq , Ali Məhkəmənin hakimi Kəmaləddin Bədəlov müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin qəbulundan imtina edib. Əlirza Həbilov keçmiş həmkarı İlqar Cabbarovu 15.02.2019 tarixli saxta qərardad qəbul etməyə də şirnikləndirib. Oysa, e-məhkəmə portalında 15.02.2019-cu ildə qərar qəbul edilmədiyi, iclasın növbəti tarixə təyin edildiyi əks olunub. Di gəl, Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyev, Bakı Apellyasiya Məhkəməsinin ölkədə tanınmayan Dağıstan Respublikasının  Yujdaq diplomlu hakimi Xəyalə Cəmilova  (digər hakimlər Namiq CəfərovVahid Sadıqov ) və Ali Məhkəmənin MM Aparatından yenicə transfer olunan hakimi Səyyad Kərimov (digər hakimlər Zakir Quliyev, Rahib Nəbizadə ) Şəki məhkəməsinin saxta 15.02.2019 tarixli iddianın mümkün sayılmaması haqqında  qərardadını hüquqi presedent kimi qəbul edərək iddiaya baxılmasını yolverilməz sayıblar. DİN -in saxta vəkili və nümayəndəsi Əlirza Həbilov DİN-in adından məhkəmələrlə necə qeyri-prosessual münasibətə giribsə, hələ də Xəyalə Cəmilovanın sədri olduğu heyət qərardadını vermir, Ali Məhkəmənin sədri Səyyad Kərimovun olduğu heyətin qəbul etdiyi 06.10.2021 tarixli qərar isə, verilməməsi bir yana, ümumiyyətlə, yoxa çıxıb. Hətta Prezident Administrasiyasının hüquq şöbəsi də qərarı tapa bilmir. Ombudsman Aparatı isə yazır ki, 15.02.2019 tarixli Şəki məhkəməsinin qərardadı Ali Məhkəmənin 06.10.2021 tarixli qərarı ilə qüvvədə saxlanılıb. Deyəsən, insan hüquqları üzrə müvəkkili aparat rəhbəri belə qanunsuz cavablarla əvəz edir. (?)

Ali Məhkəmənin qərarından əlavə kassasiya şikayəti verilməsinə də qadağa qoyulub. Ali Məhkəmə vəkillə təminat haqqında ərizəyə baxmır, Vəkillər Kollegiyası (aparat müavini Seymur Səfərov ) isə vəkillə təminatın məhkəmənin üzərinə düşdüyünü bildirir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20-ci maddəsində məhkəmədə vəkilin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir MƏHDUDİYYƏT QOYULMADAN vəkil tərəfindən göstərilən hüquqi yardımın dövlət hesabına həyata keçirilməsinin doğrulanması bəs necə olsun? Özü də qanunun tətbiqi,  icrası qanunverici orqandan  Vəkillər Kollegiyasına göndərilibsə, vəkil ayrılmasından imtinanı necə anlayaq ? Belə çıxır, VK-nın qanundan imtina edir, hüquqi yardımı yalnız ödənişlə göstərir?! Bu qanunsuzluğa kim hüquqi qiymət verməlidir?

Məğrur BƏDƏLSOY

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya