Saat:02:31
Haqqımızda

"Qarabağ məsələsini Rusiyasız həll etmək mümkün deyil" - Putin - VİDEO

2021-10-22 00:14:00

Ermənistan və Azərbaycan ani maraqlarından əl çəkərək Qarabağda qan tökülməsinin qarşısını ala bildilər.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, Qarabağda uzunmüddətli nizamlanmaya şərait yaratmaq lazımdır, tərəflər dinc yanaşı yaşamanın faydalarını dəyərləndirməlidir.

Ümumiyyətlə, belə çıxır ki, Qarabağda vəziyyəti qoruyub saxlamaq, heç də həmişə insidentlərdən qaçmaq olmur, neçə illik qarşıdurmadan sonra ideal mənzərəni təsəvvür etmək çətindir.

Nə zaman ki, regionda nəqliyyat marşrutları və iqtisadi əlaqələr açılacaq, həm Azərbaycanın, həm də Ermənistanın təhlükəsizliyinə şərait yaranacaq.

Qarabağda sərhəddə vəziyyəti, delimitasiya-demarkasiya məsələsini Rusiyanın iştirakı olmadan həll etmək mümkün deyil, çünki sərhədlərin xəritələri Rusiya Baş Qərargahındadır.

Putin Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin mümkün uzadılması ilə bağlı da danışıb.

P.S. Putin Qarabağda hansı sərhəddən danışır görəsən?

Putinin həmin çıxışını təqdim edirik:

Video Oynadıcı

00:00

04:55

Xuraman Etibarlı

KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR