"Qarabağ klanı"na mənsub eks-nazir Seyran Ohanyanın Ermənistandan Avropaya uşaq alverində əli olduğu ifşa olundu

2022-06-07 16:41:00

Ermənistanda "Qarabağ klanı"nın hakimiyyəti dövründə törədilmiş cinayətlər və hədsiz korrupsiya yavaş-yavaş ifşa olunur. Bu klanın nümayəndələri revanşistlərin özəyini təşkil edir, belə ki, onlar Rusiyanın köməyi ilə hakimiyyətə qayıdıb yeni müharibəyə başlamaq arzusunu gizlətmirlər. Bu klanın müxtəlif cinayətlərdə imzası var. Son günlərdə isə bu cinayətkar klanın üzvlərinin Ermənistandan Avropaya uşaq ticarətində əli olduğu ifşa olunmaqdadır. Bu yaxınlarda "https://t.me/economyofarmenia/9539" Teleqram kanalında Robert Köçəryan və Serj Sarkisyanın hakimiyyətlərinin cinayətləri haqqında maraqlı məlumat dərc olunub:
“Artıq 7 ildir ki, Ermənistandakı həyatın müxtəlif sahələrində bəzi xoş xəbərlər yazırıq, çox vaxt bunlar elə də böyük xəbər deyil, amma biz bu haqda yazırıq, siyasətə qarışmamağa, heç kimin alt paltarını eşələməməyə çalışırıq, amma son xəbərlər maraqlıdır. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın Vaahni elit rayonunda qanunsuz mülkləri, həmçinin təxminən 2,5 milyon dollar dəyərində avtomobilləri müsadirə edilib. Deməli, Seyran Ohanyan da indi deputatdır. Nazir 2 milyon dolların kilidini haradan alıb? Müdafiə nazirinin maaşı ilə belə bir evə bir qəpik xərcləmədən pul qazanmaq üçün 700 il lazımdır. Bu rəzalətdir.
Növbəti xəbər daha çox biabırçıdır. Belə ki, İrəvanda 15 il ərzində erməni uşaqlarını əsasən İtaliyaya “satan” 11 əclaf həbs edilib. Bu alçaqlar bir uşaq üçün 15-25 min avro alırdılar. 2003-cü ildən 2018-ci ilə qədər əclaflar 600-ə yaxın erməni uşağa görə 1,2 milyon avro alıblar, halbuki işdə 101 uşaqdan söhbət gedir. Uşağın dünyaya gəlməsi zamanı valideynlərə uşağın ya öldüyü, ya da anomaliyalarının olduğu bildirilib və bu onları uşaqlardan imtina etməyə vadar edib.
Erməni uşaqlarının alveri ilə bağlı yuxarıda qeyd olunan cinayətkar və çirkin biznesə gəlincə, qeyd olunan faktlar erməni millətçiləri arasında vicdani, hətta elementar insani prinsiplərin olmadığını bir daha təsdiqləyir. 
Məlumdur ki, Aİ ölkələrində keçmiş SSRİ ölkələrindən uşaqların övladlığa göndərilməsi biznesi çoxdan inkişaf edir. Əsas uşaq axını Rusiya və Ukraynadan gəlir, lakin nüanslar var. Bir qayda olaraq, bu uşaqlar Cənubi Avropa ölkələri, məsələn, İtaliya üçün "çox parlaqdır". Lakin rus və ukraynalı uşaqların "slavyan" görünüşü onları övladlığa götürən valideynlərin görünüşündən kəskin şəkildə fərqlənir. Buna görə də Cənubi Qafqazdan “Aralıq dənizi” görünüşlü, italyan uşaqlarından çox da fərqlənməyən uşaqlara tələbat var.
Bəzi erməni “iş adamları” bu tələbi tez "yaxaladılar" və sadəcə olaraq Ermənistanın gələcəyini xaricə sataraq öz erməni millətinin genefondunu alver etməyə başladılar".
Teleqram kanalının yazdıqlarından da bəlli olur ki, Rusiyanın Ermənistandakı təsir rıçağı olan "Qarabağ klanı"nın cinayətləri zamanla daha çox ifşa olunacaq. Əlbəttə ki, hələ 1-ci Qarabağ müharibəsi zamanı erməni əsirliyinə düçar olmuş azərbyacanlıların taleyinə də birdəfəlik aydınlıq gətirilməlidir. İstisna deyil ki, onlar da insan ticarətinin, daha doğrusu orqan ticarətinin qurbanları olublar.  

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya