"Qarabağ" italiyalı hücumçuya rəsmi təklif göndərib? - Meneceri açıqladı
2023-01-19 19:11:00

"Qarabağ" klubunun İtaliyanın “Audako Çerinyola” komandasının futbolçusu Cankarlo Malkore ilə maraqlandığı ilə bağlı xəbər vermişdik.
29 yaşlı hücumçunun meneceri Luici Romano Azərbaycandan iki menecerin
"Azərbaycandan 2 menecer mənə zəng etmişdi. Onlar "Qarabağ"ın Cankarlo Malkore ilə maraqlandığını bildirdilər və şərtlərimizi öyrəndilər. Ancaq hələ heç bir rəsmi təklif almamışıq. Avropa və Asiyanın digər klubları ilə də danışıqlar gedir".
İtaliya mətbuatının yaydığı məlumata görə, futbolçu ilə SPAL, “Modena”, Kiprin “Apollon” (Limassol), APOEL və Rumıniyanın ÇFR klubları da yaxından maraqlanır.
Qeyd edək ki, “Leççe”nin yetirməsi olan Cankarlo Malkore C seriyası təmsilçisinin heyətində 50 oyun keçirib, 40 qol vurub.
Offsideplus.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya