“Qarabağ heç vaxt Ermənistan və Azərbaycan arasında...” - Badalyan
.jpg)
Yerevan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın avqustun 30-da verdiyi bəyanata münasibət bildirib.
Mariya Zaxarova Rusiya XİN-də keçirdiyi brifinqdə demişdi ki, Laçın dəhlizində hazırda yaranmış vəziyyət Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanımasının nəticəsidir.
Rəsmi Yerevan bildirib ki, bu bəyanat “anlaşılmazlıq və məyusluq” yaradır.
Ermənistan XİN-in sözçüsü Ani Badalyan avqustun 31-də Rusiya XİN-in sözçüsünə “xatırladıb” ki, Qarabağ heç vaxt Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsi olmayıb:
“Bu, mahiyyəti etibarilə həmişə Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizliyi məsələsi olub və belə olaraq da qalır”.
Sözçü vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağın statusu məsələsinin qeyri-müəyyən vaxta saxlanması ilə bağlı Rusiya layihəsini qəbul edib, amma Azərbaycan bu layihəni rədd edib və Ermənistanla Qarabağa dair heç bir məsələni müzakirə etməyəcəyini bildirib.
Badalyanın sözlərinə görə “Rusiya tərəfi Azərbaycanın imtinasından sonra nəinki öz təklifi üzərində israr etməyib, o hətta Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı təcavüzü ilə bağlı Yerevanın yardım çağırışına biganəlik göstərib”.
Badalyan vurğulayıb ki, Rusiya Azərbaycanın təcavüzünü iki ölkə arasında sərhədin delimitasiya olunması ilə izah edib və bununla da istər-istəməz Baklının təcavüzünə haqq qazandırmış olub.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya