Qarabağ gündəliyi: - Putin Paşinyandan nə istəyib?

2022-08-04 13:18:00

Qarabağ gündəliyi: - Putin Paşinyandan nə istəyib?

Dünən Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Həmçinin, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və erməni həmkarı Ararat Mirzoyan da telefonla danışıb. Rusiya və Ermənistan rəsmiləri arasındakı bu telefon danışıqlarının rəsmi Moskvanın proseslərə yenidən aktiv şəkildə iştirak cəhdi kimi qiymətləndirilir. Xüsusilə sülhməramlıların nəzarəti altında olan ərazidən erməni serapatçılarının ordumuzun mövqelərini atəşə tutması Rusiyanın proseslərdə iştirakı ilə bağlı fikirlərə səbəb olub. Dia.az-ın məlumatına görə, cebhe.info-ya açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib ki, paralel olaraq Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında da telefon danışığı olub:

“Telefon danışığına hansı tərəfin təşəbbüs göstərməsini bilmək kifayətdir ki, Rusiyanın indiki mövqeyi barədə məlumatlı olasan. Bu, aydın göstərir ki, Moskva danışıqlar prosesinə yenidən aktiv müdaxilə edir və yenidən aktivləşməklə vasitəçi olmaqda hələ də qətiyyətli olduğunu ABŞ-a nümayiş etdirir. Kreml mesaj verir ki, indiki məqamda vasitəçilikdə daha dominant tərəfdir. Digər paralellik Qərb tərəfindən də görünür ki, bu, bizə də əlavə və əsaslı üstünlüklər verir. Xarici işlər naziri Ceyhun Bayramovla ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı zamanı nazirimizin tərəflərin öhdəliklərinin tam icrasının vacibliyini, indiyə qədər erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığının qəbuledilməzliyini vurğulaması Rusiyanı daha da təşviq edir. Cari ilin son altı ayının yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev bu məsələdə qətiyyət nümayiş etdirdi. Ardınca isə silah-sursat daşınmasının qarşısı birmənalı olaraq alındı. Rusiya aydın anlayır ki, Azərbaycan bu məsələdə qərarlı və qətiyyətlidir. İlkin və dərhal məhz bu məsələ ilə bağlı qəti bir addım olmasa, regionda yenidən eskalasiya ola bilər. Beləliklə də Rusiyanın vasitəçiliyi daha da sual və kölgə altına düşə bilər. Məhz bu amil digər vasitəçilərin əl-qolunu açmasına rəvac verər”.

Politoloq əlavə edib ki, Rusiya hər bir halda və ssenaridə birincisi buna mane olmağa çalışır:

“Eyni zamanda, digər əsas istəyi bu dəqiqə Ermənistanın Qərbin daha dərin təsir altına düşməsinə hər vəchlə mane olmaqdır. Bu baxımdan Putin bir tərəfdən özü Paşinyanla 2020 və 2021-ci illər üçün üçtərəfli Bəyanatların həyata keçirilməsinin müəyyən praktiki aspektlərini müzakirə edib ki, bu praktiki aspekt sözü ilk növbədə qanunsuz erməni birləşmələri deməkdir. Digər tərəfdən də ordu generalı Şoyquya Bakıya bu məsələ ilə bağlı konkret bir fikir demək tapşırığını verir. Proseslər hər bir halda formalaşacaq. Bu formalaşma prosesinin və onun nəticəsinin Ermənistan üçün az və ya çox itkili olmasını bu ölkəninin mövqeyi müəyyənləşdirəcək. Hər bir halda hələ də şərtləri biz diqtə edirik. Vasitəçiləri də lazımi məqamlarda müəyyən rıçaqlar üzrə üsul və vasitələrlə bunu icra etməyə gətirib çıxarırıq. Bu isə birmənalı olaraq Prezident İlham Əliyevin hər incə detalına qədər hesablanmış peşəkar diplomatiyasının təzahürüdür”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061068