Saat:04:44
Haqqımızda

“Qarabağ” bu gün “Atletik Bilbao” ilə vacib oyuna çıxacaq

2025-10-22 10:28:17

“Qarabağ” bu gün “Atletik Bilbao” ilə vacib oyuna çıxacaq

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda “Qarabağ” növbəti oyununa çıxacaq.

Hurriyyet.az xəbər verir ki, təmsilçimiz İspaniyanın “Atletik Bilbao” klubu ilə üz-üzə gələcək.

“San Mames” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu noyabrın 5-də öz meydanında “Çelsi” klubuna qarşı keçirəcək.

Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində iki görüşündən sonra altı xalla 6-cı pillədə qərarlaşıb.


Load Time (S) : 0.176831