"Qarabağ Azərbaycandırsa, rus sülhməramlılar sual verəcək ki, bizim burada nə işimiz var?" - Baqratyan

2023-02-03 20:12:00

“İrəvan və Bakı deyir ki, Qarabağ Azərbaycandır. Rusiya sülhməramlıları sual verəcək ki, bizim burada nə işimiz var?”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

“Ermənistan deyir ki, Qarabağ Azərbaycandır, Azərbaycan da deyir ki, Qarabağ Azərbaycandır. Rus sülhməramlılarının sualı olacaq ki, bizim burada nə işimiz var?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyir ki, biz Qarabağla bağlı problem görürük. Yəni biz onu Azərbaycanın bir hissəsi kimi görmürük, lakin erməni tərəfi bu istiqamətdə heç bir iş görmür. Ermənistan Qarabağı rəsmən tanımalıdır.”, – deyə Baqratyan bildirib. \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.196907