“Qarabağ” azarkeşləri üçün 32 avroya bilet

“Qarabağ” Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçika “Gent”inə qarşı keçirəcəyi səfər oyununda komandanı stadiondan dəstəkləmək istəyən azarkeşlərinə müraciət ünvanlayıb.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Gent” – “Qarabağ” matçını izləmək və komandanı dəstəkləmək istəyənlər biletləri oyun günü – fevralın 23-də 19:00-dan 21:00-dək “KAA Gent” stadionunun G qapısından ala bilərlər. Biletin qiyməti 32 avrodur. Bilet alarkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etməyiniz vacibdir. Ödəniş nağd və kartla qəbul ediləcək.
Xatırladaq ki, “Gent” – “Qarabağ” oyunu fevralın 23-dən 24-nə keçən gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk matçda Ağdam təmsilçisi qələbə qazanıb – 1:0. \\Konkret
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya