Qara xəbər: yeni tipli koronavirusun daha yeni variantı aşkar edildi

2021-11-26 15:03:00

Qara xəbər: yeni tipli koronavirusun daha yeni variantı aşkar edildi

Hurriyyet.az CNN Türk kanalına xəbər verir ki, Cənubi Afrikada elm adamları mutasiyaya uğramış yeni bir Kovid-19 variantı aşkar etdiklərini bildiriblər.

Virusoloq Tulio de Oliveira keçirdiyi mətbuat konfransında deyib: “Təəssüf ki, hazırda Cənubi Afrikada təlaşa səbəb olan yeni bir variant aşkar etmişik”. Oliveira B.1.1.529 kodu ilə nömrələnən variantın çox sayda fərqli mutasiyaya səbəb olduğunu, yeni variant üzündən yoluxma sayının da yenidən artmağa başladığını söyləyib. Yeni varianta Bostvana və Honq-Konqa səfər edən şəxslərin də yoluxduğu bildirilir.

Cənubi Afrikada noyabr ayının əvvəlində gündəlik 100 yoluxma halı qeydə alınırdısa, hazırda bu rəqəm 1200-ə çatıb.

Cənubi Afrikanın rəsmi mətbuatı yeni tipli koronavirusun yeni variantı olan B.11.1.529 virusuna 22 yoluxma halının qeydə alındığını və bu rəqəmin sürətlə artmağa doğru getdiyini yazıb.

Kovid-19-un Beta variantı da keçən il Cənubi Afrikada aşkar edilmişdi. Alimlərin proqnozlarına görə, B.1.1.1.529 varinatına ən azı 10 mutasiya daxildir. Beta variantının 3, Delta variantının isə 2 mutasiyası olduğu meydana çıxıb.

 

Hürr Tərcüman