Qara dənizdə gərginlik artır: “Rusiya açıq-aşkar təhdid etdi”

2021-07-15 14:53:00

Qara dənizdə gərginlik artır: “Rusiya açıq-aşkar təhdid etdi”

“Britaniya öz dənizçilərinin zərər görməsini istəmirsə...”

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Təhlükəsizlik Şurasının katibinin köməkçisi Mixail Popov rəsmi dövlət qəzeti olan “Rossiskoe qazeta”ya müsahibəsində Britaniyaya xəbərdarlıq edib. Onun sözlərinə görə, Britaniya öz dənizçilərinin zərər görməsini istəmirsə, onun hərbi gəmiləri yenidən Krım sahillərinə yaxınlaşmamalıdır.  

Son dövrdə həm Qara dəniz, həm də Aralıq dənizində gərginlik artmaqdadır. NATO həmin dənizlərdə fəal hərbi fəaliyyət göstərməkdədir. Popovun xəbərdarlığı Rusiyanın Krım sularında “HMS Defender”ə xəbərdarlıq atəşi açmasından sonra səsləndirilib.