"Qara çörəyə insan və donuz tükü qatılır"

2023-01-05 22:12:00

Çörək istehsalçıları ağ una müxtəlif qatqılar əlavə edərək onun rəngini tündləşdirib qara çörək hazırlayır. Əslində bu çörəklər qara undan deyil.

Sağlam Qida təbliğatçısı Asim Vəliyev "Space"də yayımlanan “Elin gözü" verilişində belə deyib.
“İstər unun rəngini dəyişmək, istər çörəyin tez boyatlaşmasının qarşısını almaq üçün qatqılardan istifadə olunur. Bunu ekspertlər bilir. Həmin qatqılar tükdən əldə edilir. Əgər həmin maddə Çində istehsal olunubsa, o zaman insan tükündən alınıb. Avropada isə bu maddə qaz və donuz tükündən əldə olunur. Eləcə də unun çox ağardılması üçün təhlükəli maddələrdən istifadə olunur. Bu da ağ çörəklə qidalananlarda ağır xəstəliklərə səbəb ola bilər", - ekspert bildirib.

Yenilik.az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.146918