Qaqauzlardan Tatarıstan rəhbəri Minnixanova dəstək...

Tatarıstanın rəisi Minnixanov bu günlərdə Kişinyov hava limanından ona ölkəyə buraxılmasına icazə verilmədiyini bildirən video yayımlayıb. O, Moldovanın cənubunda Qaqauziyada keçirilən “Xalqlar Dostluğu-2023” Xalq Diplomatiyası Konqresində iştirak etməli imiş.
“Moldova hakimiyyətinin Tatarıstan rəhbəri Rüstəm Minnixanovun respublikaya girişini qadağan etmək qərarı çox qeyri-dost addımdır”, deyə Qaqauziyanın Başkanı vəzifəsinə namizəd Petrov bildirib. Bundan başqa, qaqauzlar da Minnixanovu dəstəkləyiblər.
Moldovanın cənubundakı Qaqauziyanın inzibati-ərazi birliyində türkdilli pravoslav qaqauzlar yaşayır. Ölkə üçün bu, müəyyən dərəcədə problemli bölgədir, çünki Qaqauziyalılar hakimiyyətin rəsmi mövqeyinə zidd fikirlərini dəfələrlə bildiriblər. Qaqauziyanın başkanı (rəhbəri) vəzifəsinə qeydə alınmış namizədlərin əksəriyyəti rəsmi Kişinyovun qərbyönümlü siyasətinə zidd olaraq Rusiya Federasiyası, o cümlədən ən böyük türkdilli qurum kimi Tatarıstanla strateji tərəfdaşlığın davam etdirilməsinin tərəfdarıdır.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya