"Qaqauziyadan Qazaxıstana kimi bütün türklər özlərini Putinə fəda edir" - XAQANİ CƏFƏRLİ

2022-05-03 11:46:00

"Bir gün bu fədakarlığın bütün türklərə çox baha başa gələcəyini isə böyük əksəriyyət dərk etmir"

"Türk dünyası özünü Putinə fəda etmək və bütün dünyaya qarşı getmək cəhdində israrlı görünür. Bu israrın necə ağır nəticələrə səbəb olacağını hələ ya dərk etmirlər, ya da özlərini Putinə qurban vermək niyyətindədirlər. Türkiyə Rusiyaya qarşı sanksiyaları dəstəkləmir". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloqun sözlərinə görə, rusların sanksiyalardan yan keçmək üçün istifadə etdikləri üç ölkədən ikisinin Qazaxıstan və Azərbaycan olduğu iddia olunur: "Moldovadakı Qaqauz Muxtar Ərazi Qurumunun başqanı İrina Vlax Qaqauziya ərazisində “Qələbə rəmzlərinin istifadəsi haqqında” Qanunu imzalayıb. Qanun Moldovanın mərkəzi orqanlarının qoyduğu qadağaya baxmayaraq “Georgi lenti”nin Qaqauziyada istifadəsinə icazə verir. “Georgi lenti”nin bütün dünyada faşist simvolikaları kimi qəbul edildiyi isə Qaqauziyanın rəhbərliyini narahat da etmir. McDonald şirkəti 127 milyon dollar itgiyə razı olaraq Rusiyanı tərk edib. Türkiyənin Chitir Chicken şirkəti isə dərhal Moskvaya gedərək McDonald-ı əvəz etmək üçün 500-600 restoran aça biləcəklərini bildiriblər".

Bütün çağdaş dünyanın ruslara viza qadağası tətbiq etdiyini vurğulayan Xaqani Cəfərli bildirib ki, Türkiyə isə rus turistləri cəlb etmək üçün xüsusi aviaşirkət yaradır: "Qaqauziyadan Qazaxıstana kimi bütün türklərin özlərini Putinə fəda etməsi müşahidə olunur. Bir gün bu fədakarlığın bütün türklərə çox baha başa gələcəyini isə böyük əksəriyyət dərk etmir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya